Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2024 » Avqust » 5 » Gənclər vətənpərvərlik ruhunda “ layihəyə start verdi
10:18
Gənclər vətənpərvərlik ruhunda “ layihəyə start verdi
Gənclər vətənpərvərlik ruhunda “ layihəyə start verdi
“Gənc Vətənpərvərlər “İctimai Birliyi Azərbaycan Respublikasının QHT Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə “ Gənclərin vətənpərvərlik ruhu ” adlı layihə əsasında Bakı şəhərində maarifləndirmə məqsədi ilə ali təhsil müəssisələrində və Kolleclərində layihənin
icrasının başlanması ilə bağlı birliyin növbədən kənar İdarə Heyətinin iclası keçirilib.
İclasda GVİB-nin İdarə Heyəti, birliyin yerli təşkilatların təmsilçiləri və fəxri üzvləri iştirak ediblər.
Giriş sözü ilə tədbiri açıq elan edən idarə heyətin üzvü N.Quliyev gündəlikdə duran məsələləri tədbir iştirakçıların nəzərinə çatdırıb və sözü layihənin rəhbəri M. Əliyevə verib.
M. Əliyev qeyd edərək bildirib ki, Azərbaycan Respublikasının QHT Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə icra olunan layihə ilə bağlı birliyin İdarə Heyətində müzakirə
olunmuş və icra planına uyğun olaraq ilk növbədə layihə rəhbəri və mühasibdən ibarət işçi heyəti formalaşdırılıb, əmr və müqavilələr hazırlanıb.
Bunun xaricində təşkilatın 8 fəalı da könüllü olaraq layihəyə cəlb edilib. İşçilər arasında müvafiq təlimatlar verilərək iş bölgüsü aparılıb. Bu mərhələdə həmçinin işçi heyətinin
kollektiv müzakirəsi əsasında çap ediləcək bukletin məzmunu müəyyənləşdirilib.
Layihə başlama müddəti 01.08. 2024-cü il tarixindən 31.10.2024-cü il tarixə kimidir.
Layihə 3 ay müddətində layihənin bir necə mərhələdə icra olunması nəzərdə tutulur .
Layihənin 1-ci mərhələsində “Vətənpərvərlik – Vətənə xidmətin ali zirvəsidir mövzusunda
inşa müsabiqəsi və hərbi-vətənpərvərlik ruhunun artırılması ,gənclərin sağlam həyat tərzinə alışdırılması və ölkənin layiqli vətəndaşı kimi yetişdirilməsində ictimai dəstəyin
formalaşdırılmasıdır.
Layihənin 2-ci mərhələsində Hərbi vətənpərvərlik tərbiyəsinin təbliğində Şuşa fatehlərinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda 2-ci Qarabağ döyüşlərində iştirak edən qazi və
şəhid olmuş hərbçilərin təbliğində gənclərin rolunun artırılmasından ibarətdir.
GVİB –n KİV İş şöbəsi
Baxışlar: 66 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Avqust 2024  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024