Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2012 » Sentyabr » 11 » Gənclər və İdman Nazirliyin maliyə dəstəyi ilə DİN İC elmi nəzəri praktik konfrans keçirilib
13:48
Gənclər və İdman Nazirliyin maliyə dəstəyi ilə DİN İC elmi nəzəri praktik konfrans keçirilib
GVB polis polkovnikinə diplom verdi
+ - Çap
Yerləşdirilib: 10.09.12 | Baxılıb: 17

qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyin dəstəyi ilə “Gənclər Vətənpərvərlik Ruhunda” adlı layihə çərcivəsində Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti ilə birgə “Yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsində İdman Cəmiyyətlərinin rolu” mövzusunda təlim keçirib. Birlikdən qhtxeber.az-a verilən məlumata görə, tədbirdə çıxış edən layihə rəhbəri Muğan Əliyev bildirib ki, layihə çərçivəsində Abşeron Bakı və Qərb bölgələrinin idman cəmiyyətlərində, ictimai yerlərdə, idarə və müəssisələrində gənclər arasında vətənpərvərlik ruhunun aşılanmasında birliyin yerli qurumları və könüllülərin iştirak etdiyini bildirib.
M.Əliyev onu da qeyd edib ki, apardığımız tədqiqatlar nəticəsində yeniyetmələr Azərbaycanın ərazi bütövlüyü, dövlətimizin rəmzləri haqqında, dünya şöhrətli idmançılarımız və milli qəhrəmanlarımız barədə məlumatsızdırlar. Ona görə də bu yönlü layihələrin yeniyetmələr arasında mütamadi olaraq aparılmasına böyük ehtiyac var.
Tədbirin sonunda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İdman Cəmiyətinin sədri polis polkovniki Sahib İsmayılov gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində göstərdiyi səy və xidmətlərə görə GVB-nin fəxri diplomu ilə təltif olunub.
Tədbirdə DİN-in İdman Cəmiyyətinin əməkdaşları, məşqçilər, QHT nümayəndələri iştirak ediblər.

Hazırladı: İlkin
Baxışlar: 571 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Sentyabr 2012  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Yazıların arxivi
Design by UsiGroup  © 2024