Gənclər və İdman Nazirliyin dəstəyilə yeni layihəyə start verildi
Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyin maliyyə dəstəyi ilə " Fiziki hazırlıq vastəsilə Dövlət rəmzlərinin təbliği üzrə yeni təşəbbüslər ” adlı layihəyə start verib. Bu münasibətlə Bakı Mətbuat Mərkəzində (BMM) konfrans keçirilib.
Tədbirdə GVB-nin idarə heyəti, Birliyin yerli təşkilatlarının təmsilçiləri və fəxri üzvləri iştirak ediblər . Birliyin sədri, layihə rəhbəri M.Əliyev bildirib ki, layihənin müddəti 01 mart – 15 iyun 2017-ci il tarixlərini əhatə edir. Layihə üzrə təşkilat komitəsinin üzvü N. Quliyev icra olunan layihənin 3 ay müddətində Bakının qəsəbə və kəndlərdə həyata keçiriləcəyini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Layihə 3 ay müddətində layihənin bir necə mərhələdə icra olunması nəzədə tutulur . layihənin 1-ci mərhələsində Azərbaycan Respublikasının bayrağı ,gerbi ,himni və digər atributlarını məktəblərdə uşaqların marağının artırılması, -fiziki hazırlıq vastəsilə tədris prosesində yeni metodların(fiziki-psixoloji) təbliği, -Məktəblərdə dərsdən kənar fiziki hazırlıq təlimlərtinin və Dövlət rəmzləri haqqında təlimlərin keçirilməsi(,Təlimlər mütəxəsislər və məşqicilər tərəfindən keçiriləcək): Dövlət rəmzlərinin təbliği haqqında informasiyanın yayılması üçün KİV –n imkanlarından istifadə , -Yerli məktəblələrin resuslarının istifadəsi ,valdeyinlərin cəlb edilməsi, kütləvliyin təmin edilməsi, Gənclərin fiziki ,psixoloji ,fizioloji. idioloji və mənəvi sağlamlığının artırılması,gənclərin milli hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi, onların narkomaniyadan və pis vərdişlərdən uzaq olması üçün ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində və eyni zamanda idman cəmiyyətlərində bu istiqamətdə maarifləndirmənin və idman tədbirlərinin keçirilməsidir.
|