Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2022 » Oktyabr » 17 » Gənclər sağlam həyat tərzi seçir – Narkotikə yox” devizi altında tədbir keçirilb
11:20
Gənclər sağlam həyat tərzi seçir – Narkotikə yox” devizi altında tədbir keçirilb
Gənclər sağlam həyat tərzi seçir – Narkotikə yox” devizi altında tədbir keçirilb

Gənc Vətənpərvərlər “Ictimai Birliyi “Azərbaycan Respublikasının QHT-na Dövlət Dəstəyi Agentliyin maliyyə yardımı ilə “Gəncləri zərərli vərdişlərdən çəkindirmək və onlarda vətənpərvərlik hisslərinin gücləndirmək “adlı layihə çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə ilə “ Bəşəriyyəti təhlükəli bəladan qoruyaq” mövzusunda elmi nəzəri praktik konfrans keçirilmişdir. Tədbir Azərbaycanın Dövlət himni ilə başlayıb.
Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin ruhunun yad edilməsindən sonra tədbiri giriş sözü ilə açan Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev tədbir iştirakçılarını salamlayıb.
Daha sonra sədr bildirib ki, Milli –mənəvi, dəyərlərimizə zidd olan narkomaniya problemi hüquqi-demokratik dövlət quran Azərbaycan dövlətini ciddi narahat edir və poblemə dövlət səviyyəsində mübarizə aparılır .
Bu sahədə narkomaniya və pis vərdişlərdən uzaq olmaq məqsədi ilə gələcəyimizi narkomaniyadan qorumaq üçün maarifləndirmə tədbirlərin keçiilməsinə ehtiyac var .
Layihə rəhbəri Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə
üzrə Dövlət Komissiyasında,Narkomaniyaya qarşı mübarizə üzrə QHT Koalisiyasında qrup üzvü Müqamət Əliyev
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın uğurla həyata keçirilməsindən və icra olunan layihənin mahiyyətindən ətraflı danışaraq qeyd edərək bildirdi ki, hal- hazırda Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə, yer kürəsində 270 milyon narkoman qeydə alınmışdır.
Bu da 7 milyardlıq Yer kürəsinin əhalisinin 3 faizi deməkdir.
M.Əliyev onu da qeyd edib ki, hazırda ölkədə 34 min 602 nəfər qeydiyyatda olan narkotika istifadəçisi var.
Bunu qismən də olsa aradan qaldırmaq üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin bu gün daha düzgün, effektiv aparılması çox vacibdir. Gəlin narkotiklərə yox deyək, gələcəyimizi qoruyaq!
Çıxış edənlər AMEA-n elmi işçisi P.Əzimova,Azərbaycan Dövlət İqtisadiyyat Universtetin tələbəsi lönüllü K. Məmmədquliyev , ATMU tələbəsi Fidan Qasımlı ,Layihə üzrə könüllü ekspert Ə.Abbasquliyev ,ARGTMŞ-n səlahiyyətli nümayəndələri və digərləri narkomaniya və digər zərərli vərdişlər, onların fəsadları, bu dəhşətli bəlaya qarşı aparılan mübarizədən və gənclər arasında narkomaniya, alkoqollu içkilər və siqaretə aludəçilik kimi zərərli vərdişlərin yayılmasının hər zaman cəmiyyətin aktual problemi olduğunu ,əsrin bəlası olan narkomaniyaya qarşı mübarizədə daim fəal olmağa çağırılıb.
Tədbirdə ictimaiyyət nümayəndələri , GVİB-n İdarə Heyəti ,QHT –n nümayəndələri və dəvəd olunan fəal üzvləri iştirak ediblər. Tədbirin sonunda Narkomaniya və QİÇS-ə bağlı vidio carh nümayiş etdirildi . layihə çərçivəsində nəşr edilmiş buklet, üzərində QHT Dövlət Dəstəyi Agentliyin və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş buklet,təsvirli köynək və sertifikatlar paylanılıb Tədbir diskusiya şəkilində davam etdirildi verilən suallar cavablandırıldı.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

GVİB-n KİV iş şöbəsi
Baxışlar: 76 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Oktyabr 2022  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Yazıların arxivi
Design by UsiGroup  © 2024