Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2019 » Yanvar » 29 » GƏNCLƏR GÜNÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLMİŞDİR
16:47
GƏNCLƏR GÜNÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLMİŞDİR
GƏNCLƏR GÜNÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLMİŞDİR

Azərbaycan Respublikasının Gənclər Fondun maliyyə dəstəyi ilə Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB) “ Yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliği “ adlı layihə çərçivəsində Binəqədi rayon Gənclər evində 2 fevral gənclər gününə həsr olunmuş “Gənclər bu günümüz, sabahımız, ümidimizdir” mövzusunda tədbir keçirilib. Tədbirdə , Azərbaycan Kempo Federasiyasının yeniyetmə və gənc idmançıları ,Gənc Vətənpərvərlər İctimai Birliyinin şöbə müdirləri, AMEA –n elmi işçisi P. Əzimova, V.Xudaverdiyev, AMKF təmsilçisi V. Kərimov , ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər. Dövlət himni səsləndirildikdən sonra tədbir iştirakçıları torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə açan Gənc Vətənpərvərlər İctimai Birliyin sədri Müqamət Əliyev ölkədə gənclər siyasətinin formalaşdırılmasında ulu öndərin misilsiz rolu olduğunu bildirdi və qeyd etdi ki, hələ sovet dövründə Azərbaycan gənclərinin nüfuzlu ali məktəblərdə təhsil almasında, uğurlu karyeraya nail olmasında ümummilli liderin xüsusi əməyinin olub. Bu gün isə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2007-ci ilin ölkəmizdə “Gənclər İli” elan olunması, Gənclər Fondunun yaradılması, Gənclər üçün Prezident mükafatının təsis edilməsi, xüsusuilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası”da gənclər üçün böyük perspektivlər açır. Bütün bunlarda məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədini daşıyır. Çıxış edən Azərbaycan Kempo Fedrasiyasının prezidenti Rauf İbrahimov Gənclər Günü münasibətilə təbrik edərək Kempo Fedrasiyasının idmançıları ötən dövr ərzində əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verdi.Sonra R. İbrahimov qeyd edərək bildirdi ki, ötən ilin aprel döyüşlərində ordumuzun qəhramanlığı barədə bildirərək qeyd etmişdir ki, aprel döyüşləri bizim həyatımızda şanlı tarixdir. Bu əməliyyat zamanı iki strateji yüksəklik ordumuz tərəfindən azad olundu, minlərlə hektar ərazi düşməndən təmizləndi. Bu əməliyatlardan sonra 360 erməni ailəsi ətraf kəndləri tərk etmişdir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu əməliyyat zamanı Lələtəpə yüksəkliyi işğaldan azad edildikdən sonra həmin ərazilərdə yaşayış üçün tam təhlükəsiz vəziyyət yaradılmışdır. Azərbaycan Milli Tarix Muzeyinin yerli YAP sədri P. Əzimova 2 fevral Gənclər Gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunduğunu və bu günün 1997-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsdiq olunduğunu vurğulayıb .
Çıxış edən gənclərin hər biri 2 fevral gənclər günü münasibəti ilə ölkə gəncliyini təbrik etdilər və uğurlar arzuladılar . Sonda bildirildi ki, Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, Azərbaycan gəncləri “ sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir.” Inanırıq ki, bu gənclik böyük azərbaycanlı Heydər Əliyevin ideyalarını ölkəmizin başçısı İlham Əliyevin rəhbərliyi altında gerçəkləşdirəcək, inkişaf etdirəcək daha da işıqlı gələcəyə aparacaq.
Azərbaycan Kempo Fedrasiyasının prezident Rauf İbrahimov ,Kempo üzrə Avropa çempionları Toğrul İbrahimli, Günay İbrahimli, idmaçılar Niftiyev Zöhrab, Abbasov Kənan və digərləri Gənclər günü münasibətilə idmanda göstərdikləri səmərəli fəaliyyətlərinə görə fəxri diplom və Vətənpərvərlik mövzuları ilə bağlı gənclərə maarifləndirici bukletlər və informasiya materialları ,təsvirli köynəklər , Ulu Öndərin əksi olunmuş döş nişanı paylandı

KVIB-n mətubat şöbəsi
Baxışlar: 280 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Yanvar 2019  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024