Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2019 » Noyabr » 6 » Gənclər Fondunun maliyyə yardımı ilə Dövlət bayrağı günü ilə əlaqədar tədbir keçirilb
13:33
Gənclər Fondunun maliyyə yardımı ilə Dövlət bayrağı günü ilə əlaqədar tədbir keçirilb
Dövlət bayrağı günü ilə əlaqədar tədbir keçirilb

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə Gənc Vətənpərvərlər İctimai Birliyi “ Gənclər vətənpərvərlik ruhunda” adlı layihə çərçivəsində Bakı şəhər Səbail rayon 2 saylı texniki humanitar elmlər liseyində “ Bayrağı gününə həsr olunmuş “Ey yüksələn yeni nəsil ,gələcək sizindir, Onu yüksəldəcək və davam etdirəcək sizlərsiniz” mövzusunda elmi-praktik konfrans keçirib. Tədbirdə ,Gənc Vətənpərvərlər İctimai Birliyinin İdarə Heyəti , Gənclər Fondun məsləhətçisi R. Rəhimov ,AMEA –n elmi işçisi P. Əzimova, ARGTMŞ-n nümayəndəsi U. Əliyeva , Bakı şəhər Səbail rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Ş. Məmmədov , ,Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri ,valideyinlər və digər hörmətli şəxslər iştirak edirdi .
Dövlət himni səsləndikdən sonra çıxış edən liseyin direktoru Bəkir Mustafayev tədbir iştirakçılarını salamladı və bu tədbirin bu liseydə keçirilməsinə görə Birliyə və Gənclər Fonduna məktəbin kolektivi adından təşəkkürünü bildirdi və qeyd etdi ki, bu yönümlü layihələrin ümumtəhsil məktəblərində keçirilməsi gənclərdə milli atributlara olan hörməti artırır və hərbi vətənpərvərlik hislərinin daha da gücləndirir. .
Layihə üzrə təşkilat komitəsinin üzvü N. Quliyev icra olunan layihənin məqsədindən və yeniyetmə və gənclər arasında milli-mənəvi dəyərlərin təbliğində cəmiyyətin üzərinə düşən vəzifələrdən danışıb . Tədbirdə, Layihə rəhbəri M. Əliyev mövzu ilə bağlı məruzə edib. Qeyd olunub ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal iştirak edirlər: deyən M. Əliyev onu da qeyd etdi ki,“ Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bərabər, onların fiziki, psixoloji hazırlığına da diqqət artırılmalıdır.
M. Əliyev onu da bildirib ki, Prezidentin sərəncamı ilə 2010-cu ildən hər il 9 noyabr Dövlət bayrağının yaranma günü qeyd olunur. Respublika prezidentinin təşəbbüsü ilə ucaldılan ən hündür bayraq Azərbaycandadır bizlər o bayrağa görə qürur hissi keçirməliyik. Konfransda çıxış edən layihə üzrə təlimçi ,aprel döyüşünün əfsanəsi təqaütdə olan mayor Asif Rəsulov qeyd edib ki, müasir dövrdə müxtəlif ideologiyaların gənclərin dünyagörüşünün, şəxsiyyətinin formalaşmasına təsiri fonunda milli düşüncəni saxlamaq, gənclərin vətənpərvər ruhda böyüməsinə yardım etmək cəmiyyətin hər bir üzvünün vəzifəsidir. Bu istiqamətdə dövlət tərəfindən çoxsaylı tədbirlər həyata keçirilsə də, vətəndaş cəmiyyətinin öhdəsinə daha böyük işlər düşür. Bu baxımdan qeyd olunan layihədə əsas məqsəd gənclər arasında hərbi-vətənpərvərliklə bağlı təbliğat işlərini aparmaqdır . . Tədbirdə digər çıxış edənlər 247 nömrəli məktəbin direktoru N. Hacıyeva, AMEA-n Azərbaycan Milli Tarix Müzeyinin nümayəndəsi P.Əzimova,Qafqaz Müsəlmanlar İdarəsinin nümayəndəsi Ə.Məmmədov, liseyin Tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) K.Abbasova,Təlim-tərbiyə işləri üzrə direktor müavini N. Şıxəliyeva ,dil ədəbiyyat müəlimələri , E.Həziyeva, N.Əliyeva ,şagirdlərdən A. İdirzadə, A. Azayeva, T. Həziyev, R.Fərəczadə və digərləri Dövlət bayrağı günü münasibətilə tədbir iştirakçılarını təbrik etdikdən sonra keçirilən vətənpərvərlik mövzusundan söhbət açıblar . Sonra Dövlət bayrağına həsr olunmuş şer oxudu və ədəbii-bədii kompozisiya başa çatdırıldı . Tədbirin sonunda iştirakçılara, layihə çərçivəsində nəşr edilmiş buklet, üzərində Gənclər Fondunun və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş köynəklər və sertifikatlar paylanılıb.
Sonda Birliyin bir qrup fəal üzvü və Bakı şəhər tam orta məktəbin şagirdləri bayraq muzeyində olublar
GVİB-n KİV şöbəsi
Baxışlar: 229 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Noyabr 2019  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024