Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2019 » Noyabr » 14 » Gənclər Fondunun dəstəklədiyi ilə layihə uğurla yekunlaşıb.
13:24
Gənclər Fondunun dəstəklədiyi ilə layihə uğurla yekunlaşıb.
Gənclər Fondunun dəstəklədiyi ilə layihə uğurla yekunlaşıb.

Qərbinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondun maliyyə dəstəyi ilə Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB) “Gənclər vətənpərvərliyin ruhunda “ adlı layihəsini Bakı şəhəri Sabunçu rayon Gənclər evində “ Azərbaycan gənci hər zaman vətənpərvər olub” mövzusunda elmi nəzəri praktik konfrans keçirilib Tədbirdə Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Müqamət Əliyev çıxış edərək bildirib ki, “Gənclər vətənpərvərliyin ruhunda” adlı layihəsini Bakı şəhəri ,7-247-31-2 nömrəli tam orta məktəblərdə və Sabunçu rayon Gənclər evində uğurla həyata keçirib.

Tədbirin keçirilməsində əsas məqsəd gənclərdə vətənpərvərlik tərbiyəsini yüksəltmək olub, gənclərin vətənə məhəbbəti, milli-mənəvi dəyərlərə bağlılığı ön plana çəkilib, düşmənlərin Azərbaycana vurduğu zərərlər haqqında geniş məlumat verilib.

Tədbirdə,247 nömrəli məktəbin direktoru, birliyin Humanitar və mədəniyyət şöbəsinin müdiri Nihal Hacıyeva çıxış edərək bildirib ki, vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bərabər, onların fiziki hazırlığına da diqqət artırılmalıdır. Milli mənəvi dəyərlər, tarixi keçmişimiz və bu günümüz gənclərə aşılanmalıdır.

Konfransda çıxış edən layihə üzrə təlimçi ,aprel döyüşünün əfsanəsi təqaütdə olan mayor Asif Rəsulov vurğulayıb ki, yaşadığımız dövrdə gənc nəsil kiçik yaşlarından vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır. O, vətənpərvərlik ruhunun, milli mənəvi dəyərlərin aşılanmasında ailənin və cəmiyyətin böyük rolu olduğunu bildirib. Gənc Vətənpərvərlər İctimai Birliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Rzayev AMEA-n Azərbaycan Milli Azərbaycan Tarix Müzeyinin elmi işçisi Pərvanə Əzimova, Gənc Vətənpərvərlər İctimai Birliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Rzayev, Ali təhsil və orta məktəblərlə iş şöbəsinin müdiri Aidə Hüseyinova , və digərləri qeyd ediblər ki, bu tədbirin keçirilməsi gənclərin maariflənməsi və vətənpərvərlik ruhunun artmasına kömək olmaqla yanaşı, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verməkdir. Tədbirdə “ Milli və hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində yüksək təşkilatçılıq fəaliyyətinə və əməkdaşlığına görə Sabunçu rayon 7 nömrəli Bakı şəhər Birləşmiş şəhər xəstəxanasının polikilinkasının şöbə müdiri Elbrus Əlili , Bakı şəhər Nəsimi rayon 247 nömrəli məktəbin direktoru Nihal Hacıyeva və GVİB-n Fəxri üzvü aprel döyüşünün əfsanəsi təqaüdə olan mayor Asif Rəsulov fəxri diplomla təltif edildi.

Sonda mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunmuş suallar cavablandırılmışdr.

Layihə iştirakçıları əsasən gənclərdən ibarət olub. Tədbirin sonunda iştirakçılara, layihə çərçivəsində nəşr edilmiş buklet, üzərində Gənclər Fondunun və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş köynəklər və sertifikatlar paylanılıb. Tədbirdə Birliyin yerli şöbələri, İdarə Heyəti, könüllülər, layihə üzrə təşkilat komitəsinin üzvləri, eləcə də QHT və KİV-lərin nümayəndələri iştirak ediblər Qeyd edək ki, layihə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.
Baxışlar: 45 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Noyabr 2019  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Yazıların arxivi
Design by UsiGroup  © 2020