Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2023 » Dekabr » 27 » Gənclər Fondun maliyyə yardımı ilə tədbir keçirilib
09:27
Gənclər Fondun maliyyə yardımı ilə tədbir keçirilib
Gənclər Fondun maliyyə dəstəyi ilə tədbir keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondun maliyyə yardımı ilə Gənc Vətənpərvərlər “İctimai Birliyi (GVİB)
“ Gənclər arasında Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin, həmçinin qazi və qəhrəmanlarımızın təbliğ olunması “adlı layihə çərçivəsində “Azərbaycanın ərazi bütövlüyü uğrunda İkinci Qarabağ – Vətən Müharibəsi döyüşlərində iştirak edən qazi və şəhid olmuş hərbçilərin təbliğində gənclərin rolu”
” mövzusunda Azərbaycan Turizm və Menecment Universitetinin təşkilatcılığı ilə elmi nəzəri praktik konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Turizm və Menecment Universitetin Karyera ve kommunikasiya sobesinin rehberi Elnurə Əliyeva tədbiri açıq elan etdikdən sonra bir dəqiqə sükutla Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu yad edilib . Sonra o qeyd etdi ki, Azərbaycanda 2–ci Qarabağ döyüşlərində iştirak edən qazi və qəhrəmanlarının təbliğ olunması ilə bağlı maarifləndirmə kampaniyasına ehtiyac var .
Layihənin rəhbəri M. Əliyev qeyd edib ki, , Gənclər arasında Azərbaycanın ərazi bütövlüyü uğrunda 2 –ci Qarabağ və 24 saatlıq antiteror döyüşlərində iştirak edən qazi və şəhidlərin, şəhid olmuş hərbçilərin, həmçinin qazi və qəhrəmanlarının , işğaldan azad edilmiş torpaqlarımızda məskunlaşmada keçirilən tədbirlərdə,görüşlərdə gənclərin marağı artırılmış, eyni zamanda Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin İkinci Qarabağ müharibəsində qələbəsini əhali arasında yüksək olduğunu deməyə əsas verir. “
Layihə üzrə könüllü təlimci Qarabağ qazisi Asif Rəsulov geniş ətraflı cıxış edərək qeyd etdi ki, günü ən aktual mövzusu hərbi vətənpərvərlik tərbiyəsinin gənclər arasında təbliğ olunmasıilə yanaşı, Azərbaycanın ərazi bütövlüyü uğrunda iştirak edən qazi və şəhidlərin, şəhid olmuş hərbçilərin, həmçinin qazi və qəhrəmanlarının təbliğ olunmasından ibarət olmalıdır.
Tədbirdə həmçinin Universitetin 3-сu kurs tələbələri Bəndəliyev Sənan, Yusifzadə Abbas, Kamallı Nəzrin, Salmamova Gülayə, Baratlı Esmira, Abbasova Yeganə, Mürfətli Mətin,Abbdulayev Rəvan və və digərləri çıxış edərək bu yönümlü layihələrin keçirilməsinin vacibliyindən söz acıb.
Daha sonra tələbələrin sualları cavablandırılıb.
Tədbirdə Azərbaycanın qazi və qəhrəmanlarının təbliğ olunması haqqında ümumi anlayış və terminalogiya mövzularında tələbələrə, qonaqlara maarifləndirici buklet və təsvirli köynək və Heydər Əliyevin əksi olunmuş döş nişanı paylanılıb .
Sonda ,Azərbaycanın qazi və qəhrəmanların döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub. Layihə iştirakçıları əsasən 19-20- yaş arası olan gənclərdən ibarət olub.
Tədbirdə, Turizm və Menecment Universitetini Biznes idarəçiliyi ,Sosial menecment ,Turizm və qonaqpərvərlik fakutəsinin tələbələri Universitetin pedoqoji kollektivi , rayon ictimaiyyət nümayəndələri, Qarabağ qaziləir ,GVİB-n İdarə Heyəti və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri və könüllülər iştirak ediblər Tədbirin keçirilməsində əsas məqsəd 2–ci Qarabağ döyüşlərində iştirak edən qazi və şəhidlər haqqında məlumatlandırma ilə yanaşı, həmçinin qazi və qəhrəmanlarının gənclər arasında mütamadi təbliğ olunmasıdır . Qeyd edək ki, layihə Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.

GVB-n mətubat və informasiya şöbəsi
Baxışlar: 24 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Dekabr 2023  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Yazıların arxivi
Design by UsiGroup  © 2024