Gənclər Fondun maliyyə dəstəyi ilə tədbir keçirilib GƏNC VƏTƏNPƏRVƏRLƏR BİRLİYİ Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə “ Yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsinin kütləvi bədən tərbiyəsi və idman vastəsi ilə geniş tədbiq edilməsi“adlı layihə çərçivəsində Nərimanov rayon “ Nəzrin M” firmasının Bakı sağlamlıq mərkəzində “Gənclərdə vətənpərvərlik tərbiyəsini yüksəltməli” mövzusunda tədbir keçirib. Tədbirin keçirilməsində əsas məqsəd bu günümüzün vacib məsələsi olan vətənpərvərliyin təbliğidir. Tədbirdə gənclərin vətənə məhəbbəti, milli-mənəvi dəyərlərə bağlılığı ön plana çəkilib, düşmənlərin Azərbaycana vurduğu zərərlər haqqında geniş məlumat verilib. Çıxış edənlər gənclərin vətənpərvər ruhda tərbiyə edilməsinin vacibliyini diqqətə çatdırıblar.
Tədbirdə İctimai Birliyin sədri M.Əliyev mövzu ilə bağlı məruzə edib. Qeyd olunub ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal iştirak edirlər: “Yaşadığımız dövr gənc nəsli kiçik yaşlarından hərbi ruhda böyütməyi tələb edir. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bərabər, onların fiziki hazırlığına da diqqət artırılmalıdır”. “Nəzrin M” firmasının icraçı direktoru T.İspəndiyarov qeyd etdi ki,Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik Digər çıxışlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən islahatlardan, dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışılıb.
Daha sonra vətənpərvərlik ruhu mövzusunda Açıq dialoq şəklində davam edən tədbirdə gənc sahibkarlar müzakirə olunan mövzu ilə bağlı təkliflərini bildiriblər. Tədbirin sonunda gənclərə vətənpərvərlik mövzusunda informasiya materialları,rəngli buklet ,təsvirli mayka və H.Əliyevin əksi olunmuş döş niçşanı paylandı GVB KİV iş üzrə şöbəsi
|