Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2019 » Yanvar » 14 » Gənclər Fondun maliyyə dəstəyi ilə növbəti tədbir 111 saylı tam orta məktəbdə baş tutdu
13:01
Gənclər Fondun maliyyə dəstəyi ilə növbəti tədbir 111 saylı tam orta məktəbdə baş tutdu
Məktəb vətənpərvərlik tərbiyəsinin təbliğində əsas mərkəzdir


Azərbaycan Respublikasının Gənclər Fondun maliyyə dəstəyi ilə Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB “ Yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliği “adlı layihə çərçivəsində Nəsimi rayon 111 saylı tam orta məktəbdə “Məktəb vətənpərvərlik tərbiyəsinin təbliğində əsas mərkəzdir” mövzusunda tədbir keçirildi.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə acan məktəbin direktoru J. Hacıyeva qeyd edərək bildirdi ki,Gənclərimizdə vətənpərvərlik hisslərinin aşılanması, onlarda vətən sevgisinin və məsuliyyətlərinin daha da artırılması ,uşaq, yeniyetmə və gənclər arasında tarix və milli qəhrəmanlarımız haqqında maarifləndirmə və təbliğat işlərinin aparılmasının zəruriliyini və orta təhsil müəsssisələrində vətənpərvərlik və dövlət rəmzlərinin təbliğinin mütəmadi həyata keçirilməsini diqqətə çatdırdı. Tədbirdə Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Müqamət Əliyev çıxış edərək bildirib ki, vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bərabər, onların fiziki hazırlığına da diqqət artırılmalıdır. Milli mənəvi dəyərlər, tarixi keçmişimiz və bu günümüz gənclərə aşılanmalıdır.
Gənclər Təşkilatlarının Milli Şurasının nümayənsəsi Vüsal Əhmədov vurğulayıb ki, yaşadığımız dövrdə gənc nəsil kiçik yaşlarından vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır. O, vətənpərvərlik ruhunun, milli mənəvi dəyərlərin aşılanmasında ailənin və cəmiyyətin böyük rolu olduğunu bildirib.
AMEA-n Milli Azərbaycan Tarix Müzeyinin elmi işçisi P.Əzimova ,Nəsimi rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Şəhla Palqonova , və digərləri qeyd ediblər ki, bu tədbirin keçirilməsi gənclərin maariflənməsi və vətənpərvərlik ruhunun artmasına kömək olmaqla yanaşı, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verməkdir. Sonda mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunmuş suallar cavablandırılmışdr. Layihə iştirakçıları əsasən 14-16 yaş arası olan gənclərdən ibarət olub. Vətənpərvərlik mövzuları ilə bağlı gənclərə maarifləndirici bukletlər və informasiya materialları ,təsvirli köynəklər və Ulu Öndərin əksi olunmuş döş nişanı paylandı. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə həyata keçirilir


GVB-n Mətubat və İnformasiya şöbəsi
Baxışlar: 289 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Yanvar 2019  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024