Gənclər Fondun maliyyə dəstəyi ilə icra olunan layihə başa çatdı Gənc Vətənpərvərlər Birliyi ,Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə” "Narkomaniyaya yox-Sağlam həyata HƏ” devizi altında gənclərin iştirakı ilə preventiv tədbirlərin və idman yarışların keçirilməsi “adlı layihə çərçivəsində layihənin yekunu ilə bağlı mətubat konfransı keçirib. Tədbirdə GVB-n yerli şöbələri,İdarə Heyətii,könülülər, layihə üzrə təşkilat komitəsinin üzvləri QHT və KİV –n nümayəndələri iştirak ediblə Çıxış edən layihənin rəhbəri M.Əliyev bildirdi ki,Bütün dünyada olduğu kimi, Azərbaycanda da gənclərin böyük bir qismi narkomaniya və onun törətdiyi xəstəliklərdən əziyyət çəkirlər. Bunu qismən də olsa aradan qaldırmaq üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin bu gün daha düzgün, effektiv aparılması çox vacibdir. Əhalinin, xüsusən gənclərin bu haqda məlumatlarının, biliklərinin az olması onlar arasında daha məsuliyyətli işlərin görülməsini labüd edir. Bu baxımdan “Gənc Vətənpərvərlər Birliyi (GVB) ADİC-QİÇS-İİV-ə ,narkomaniyaya və pis vərdişlərə qarşı mübarizədə maarifləndirmə, təbliğat işlərinin gücləndirilməsi, habelə vətəndaş cəmiyyətinin dəstəyinin təmin edilməsi məqsədilə Gənclər Fondun maliyyə dəstəyi ilə icra olunan "Narkomaniyaya yox-Sağlam həyata HƏ” devizi altında gənclərin iştirakı ilə preventiv tədbirlərin və idman yarışların keçirilməsi” adlı layihəsinin icrasını başa çatdırmışdır. Qeyd edək ki, layihə çərçivəsində İdman cəmiyyətlərində və xüsusilə aparıcı ali təhsil müəssisələrinin yerləşdiyi regionlarda (Abşeron Bakı,Lənkəran,Gəncə ,Şəmkir),idman cəmiyyətlərində əyləncə mərkəzlərində və ictimai yerlərdə ADİS-QİÇS-İİV və narkomaniya əleyhinə maarifləndirmə -təbliğat xarakterli tədbirlər həyata keçirilmişdir.Bir çox QHT-ı və digər əlaqədar təşkilatlar ilə birgə keçirilən bu tədbirlərdə əhalinin, xüsusilə gənclərin ADİS-QİÇS-İİV və narkomaniyaya dair məlumatlandırılması ilə yanaşı, ölkədə bu sahədə aparılan uğurlu islahatlar, əldə olunmuş nəticələrlə bağlı məlumatlar verilmiş, eləcə də mütəxəssislər tərəfindən dünyada tətbiq olunan qabaqcıl forma və metodların əks olunduğu təqdimatlar həyata keçirilmişdir.Təlim, dəyirmi masalar və keçirilən idman tədbirlərində gənclər narkomaniya və onun törətdiyi xəstəliklərdən müdafiə olunmaqla, həm öz həmyaşıdlarına bu haqda məlumat vermək, həm də əhalinin digər yaş qruplarını da bu sahədə maarifləndirmək imkanı qazanmışlar. Nəticədə maariflənən insanların sayı dəfələrlə artmışdır.Tədbirlərdə, eyni zamanda bu sahədə maarifləndirmənin daha da güclənməsinə xidmət edəcək bu kimi layihələrin davamlı olmasının, bu bəla ilə mübarizədə cəmiyyətin bütün təbəqələrinin səfərbər olmasının, həmçinin proseslərə vətəndaş cəmiyyətinin daha fəal cəlb olunmasının vacibliyi də diqqətə catdırılmışdır. GVB-n KİV İş şöbəsi
|