GƏNCLƏR FONDUN MALİYYƏ DƏSTƏYİ İLƏ HƏYATA KEÇİRİLƏN layihəyə start verdi
Gənc Vətənpərvərlər Ictimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondun maliyyə yardımı ilə "Gənclər vətənpərvərlik ruhunda ” adlı layihəyə start verdi GVİB-yi layihənin icrasının başlanması ilə bağlı konfrans keçirilib İclasda GVİB-nin İdarə Heyəti, birliyin yerli təşkilatların təmsilçiləri və fəxri üzvləri iştirak edirdilər. Konfransı giriş sözü ilə acan layihə rəhbəri Müqamət Əliyev gündəlikdə duran məsələləri tədbir iştirakçıların nəzərinə çatdırdı və qeyd etdi ki, Gənclər Fondun yardımı ilə icra olunan layihə ilə bağlı birliyin İdarə Heyətində müzakirə olunmuş və icra planına uyğun olaraq ilk növbədə layihə rəhbəri və mühasibdən ibarət işçi heyəti formalaşdırılmış, əmr və müqavilələr hazırlanmışdır. Bunun xaricində təşkilatın 9 fəalı da könüllü olaraq layihəyə cəlb edilmişdir. İşçilər arasında müvafiq təlimatlar verilərək iş bölgüsü aparılmışdır. Bu mərhələdə həmçinin işçi heyətinin kollektiv müzakirəsi əsasında çap ediləcək bukletin məzmunu müəyyənləşdirilmişdir. Layihə üzrə təşkilat komitəsinin üzvü N. Quliyev bildirdi ki, icra olunan layihə 1 sentyabr 2019-cu il tarixdən 1 dekabr 2019-cu il tarixə kimidir . 3 ay müddətində icra olunan layihə Bakı şəhər təhsil müəssisələrində həyata keçiriləcək. Qeyd edək ki, layihənin əsas məqsədi gənclərin vətənpəvərlik ruhunda tərbiyə olunması ,gənclərin fiziki, psixoloji və mənəvi sağlamlığının artırılması ,narkomaniyadan və pis vərdişlərindən uzaq olması üçün ali və orta ixtisas təhsil müəssisələrində və eyni zamnanda idman cəmiyyətlərində bu çərçivədə marifləndirmənin və idman tədbirlərinin keçirilməsidir . GVB-n mətubat və informasiya şöbəsi
|