QHT layihəyə start verdi
Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə " Yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsinin kütləvi bədən tərbiyəsi və idman vastəsi ilə geniş tədbiq edilməsi” adlı layihəyə start verdi GVB-yi layihənin icrasının başlanması ilə bağlı BMM-ə konfrans kecirilib İclasda GVB-nin İdarə Heyəti,birliyin yerli təşkilatların təmsilciləri və fəxri üzvləri iştirak edirdilər. Konfransı giriş sözü ilə acan layihə rəhbəri M. Əliyev acaraq gündəlikdə duran məsələləri tədbir iştirakcıların nəzərinə catdırdı və qeyd etdi ki ,layihənin icra olunması ilə bağlı birliyin İdarə Heyətində müzakirə olunmuş və icra planına uyğun olaraq ilk növbədə layihə rəhbəri və mühasibdən ibarət işçi heyəti formalaşdırılmış, əmr və müqavilələr hazırlanmışdır. Bunun xaricində təşkilatın 22 fəalı da könüllü olaraq layihəyə cəlb edilmişdir. İşçilər arasında müvafiq təlimatlar verilərək iş bölgüsü aparılmışdır. Bu mərhələdə həmçinin işçi heyətinin kollektiv müzakirəsi əsasında çap ediləcək bukletin məzmunu müəyyənləşdirilmişdir. Layihə üzrə təşkilat komitəsinin üzvü N. Quıiyev bildirdi ki, icra olunan layihə 01 dekabr 2015-ci il tarixə kimidir .3 ay müddətində Abşeron və Bakı ətrafı qəsəbə və kəndlərdə rayonlarında həyata keçiriləcək. Qeyd edək ki, layihənin əsas məqsədi gənclər arasında vətənpərvərlik tərbiyəsinin kütləvi bədən tərbiyəsi və idman vastəsi ilə geniş tədbiq edilməsi ,narkomaniyadan və pis vərdişlərindən uzaq olması üçün ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində və eyni zamnanda idman cəmiyyətlərində bu çərçivədə marifləndirmənin və idman tədbirlərinin keçirilməsidir
|