Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2024 » Fevral » 26 » Gənclər Fondun dəstəyilə “Heç vaxt unutmarıq səni, Xocalı!” mövzusunda tədbir keçirilib
08:10
Gənclər Fondun dəstəyilə “Heç vaxt unutmarıq səni, Xocalı!” mövzusunda tədbir keçirilib
Gənclər Fondun dəstəyilə “Heç vaxt unutmarıq səni, Xocalı!” mövzusunda tədbir keçirilib
Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB) Gənclər Fondun maliyyə dəstəyi ilə "“Gənclər arasında Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin, həmçinin qazi və qəhrəmanlarımızın təbliğ olunması ” adlı layihə çərçivəsində birliyin mərkəzi qərargahında "Heç vaxt unutmarıq səni, Xocalı!” mövzusunda tədbir keçirib.
Tədbir ,əvvəlcə Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Xocalı faciəsinin XX əsrin ən dəhşətli faciəsi olduğu vurğulanıb. Bildirilib ki, bu faciənin öz qiymətini beynəlxalq aləmdə alması üçün ümumtəhsil məktəblərində, idman cəmiyyətlərində gənclər və yeniyetmələr arasında maarifləndirmə işlərini gücləndirmək lazımdır. Azərbaycanda fəaliyyət göstərən QHT-lər dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların, insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların diqqətini bir daha Xocalı soyqırımına cəlb etməli, onları bu vəhşiliyə, özbaşınalığa, misli görünməmiş ədalətsizliyə öz münasibətlərini bildirmələrinə nail olmalıdır.
Layihə rəhbəri, GVİB-nin sədri M.Əliyev vurğulayıb ki, bəşər tarixində görünməyən XX əsrin ən dəhşətli Xocalı faciəsi unudulmamalı, yaddaşlarda yaşamalı, gələcək nəsil də bilməlidir ki, düşmənlərimiz kimdir və hansı vəhşiliklər törədiblər.
Tədbirin sonunda Gənc Vətənpərvərlər İctimai Birliyi, onun regional şöbələri və üzv olan təşkilatların Xocalı faciəsinin ildönümü ilə bağlı birgə müraciəti qəbul olunub. Müraciətdə Azərbaycanın tarixən öz azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizə apardığı qeyd olunub. Müraciətdə həmçinin Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən erməni işğalçılarına qarşı mübarizə aparmaq məcburiyyətində qaldığı vurğulanıb: "Xocalı soyqırımı tariximizə qara hərflərlə yazılıb. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xankəndi ilə Əskəran arasında yerləşən Xocalı şəhərində tarixdə görünməmiş qətliam törədilib. Bir gecədə 613 dinc əhali, o cümlədən 63 uşaq,106 qadın, 70 qoca öldürülüb. Onlardan 56-sı xüsusi qəddarlıq və işgəncələrlə qətlə yətirilib, 27 ailə tamamilə məhv ədilib, 230 ailə başsız qalıb, 1275 nəfər əsir alınıb”,-deyə müraciətdə vurğulanıb.

Tədbir diskussiya şəkilində davam etdirilib, iştirakçılara buklet və braşuralar paylanıb.
Sonda Birlik üzvləri "Ana harayı” abidəsini ziyarət edərək faciədə həlak olanları yad ediblər.
GVİB-n KİV iş şöbəsi
Baxışlar: 35 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Fevral 2024  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
2526272829
Yazıların arxivi
Design by UsiGroup  © 2024