Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2016 » Noyabr » 22 » GƏNCLƏR FONDUN DƏSTƏKLƏDİYİ LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ TƏDBİR KEÇİRİLİB
13:41
GƏNCLƏR FONDUN DƏSTƏKLƏDİYİ LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ TƏDBİR KEÇİRİLİB
GƏNCLƏR FONDUN DƏSTƏKLƏDİYİ LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ TƏDBİR KEÇİRİLİB

Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə “Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullarla bağlı əhalinin məlumatlandırılması ” adlı layihə çərçivəsində “Önəmli olan, məhsulun tərkibi və bizim sağlamlığımızdır,“Çalışaq, sağlam olaq mövzusunda Nəsimi rayon 111 saylı tam orta məktəbdə elmi nəzəri praktik konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Jalə Hacıyeva tədbiri açıq elan etdikdən sonra bir dəqiqə sükutla Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu yad edilib .Sonra o qeyd etdi ki, Azərbaycanda GMO ilə bağlı maarifləndirmə kampaniyasına ehtiyac var .
Layihənin rəhbəri M.Əliyev çıxış edərək layihə çərçivəsində keçirilən tədbirlərdən və keçirilən tədbirlərdə çox saylı gənclərin faydalanmasından söhbət açıb və qeyd edib ki, GMO məhsullarının istehsalı fasiləsiz olaraq artır. Çox zaman həmin məhsulların üzərində onları təbii qidalardan fərqləndirən etiketlərin olmaması GMO istehlakının reallıqda daha yüksək olduğunu deməyə əsas verir.GMO istehlakının reallıqda daha yüksək olduğunu deməyə əsas verir. “Gəlin GMO məhsullarla birgə mübarizə aparıb, genefondumuzu qoruyaq” Təlimçi Q. Ağalarova qeyd edərək bildirdi ki, İctimai narahatlığa səbəb olan məsələ GMO qidaların insan sağlamlığına vura biləcəyi fəsadlardır. Geni dəyişdirilən bu cür meyvə-tərəvəzin fəsadlarının olduğu heç kimə sirr deyil. Hətta bəzi beynəlxalq təşkilatların açıqlamalarında da belə GMO qidalarının sağlamlıq üçün risk potensialının yüksək olduğu açıq-aydın bildirilir. Belə ki, geni modifikasiyaya uğrayan qidaların başqa allergik xəstəliklər olmaqla, orqan çatışmazlığı, immun zəifliyi, hətta bəzən xərçəngə belə yol aça biləcəyi istisna olunmur.
Tədbirdə ,çıxış edənlər məktəbin tərbiyə işlər üzrə direktor müavini İsayeva N, məktəbin biologiya müəlliməsi R.İbrahimova ,AMEA-n Tarix muzeyinin elmi işçisi P.Əzimova ,layihə üzrə təşkilat komitəsinin üzvü həkim bioloq A.Hüseyinli , Internet-ekspress qəzetin Baş redaktoru V. Əlibəyli və başqaları bu yönümlü layihələrin vacibliyindən söz acdılar. Tədbirdə Bakı şəhər üzrə Təhsil Baş İdarəsi və məktəbin direktori J.Məmmədova milli-hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsində və səmərəli əməkdaşlığına görə fəxri diplomlara layiq görürdülər
Sonda mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunmuş suallar cavablandırılmış və Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsulları haqqında ümumi anlayış və terminalogiya mövzularında yuxarı sinif şagirdlərə,qonaqlara maarifləndirici buklek paylanmışdır. Tədbirin keçirilməsində əsas məqsəd bu günümüzün vacib məsələsi Genetik modifikasiya olunmuş Orqanizmli (GMO) məhsulların cəmiyyətə verdiyi ziyanlar haqqında araşdırma aparmaq, bu barədə əhalini məlumatlandırmaqdır.
Tədbirdə, Bakı şəhər üzrə Təhsil Baş İdarəsinin müthəsisləri,,məktəbin pedoqoji kollektivi rayon ictiamaiyyət nümayəndələri,Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun məsləhətçisi J.Məmmədova,GVB-n İdarə Heyəti və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Layihə iştirakçıları əsasən 16-29 yaş arası olan gənclərdən ibarət olub.

GVB-n mətubat və informasiya şöbəsi
Baxışlar: 493 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Noyabr 2016  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024