Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2022 » Oktyabr » 26 » Gənclər bizim gələcəyimizdir, gəlin onları zərərli vərdişlərdən qoruyaq
08:27
Gənclər bizim gələcəyimizdir, gəlin onları zərərli vərdişlərdən qoruyaq
Gənclər bizim gələcəyimizdir, gəlin onları zərərli vərdişlərdən qoruyaq
Gənc Vətənpərvərlər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə” Gəncləri zərərli vərdişlərdən çəkindirmək və onlarda vətənpərvərlik hisslərinin gücləndirmək ” adlı layihə çərçivəsində , Azərbaycan Dövlət Pedoqoji Universtetinin akt zalında
gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib.
Konfransda ADPU-nun Kimya və biologiya fakültəsinin dekanı dosent Elnarə Mehbalıyeva tədbiri açıq elan edərək zərərli vərdişlərlə mübarizədə sosial fəallığının artırılmasına nail olmaq, gənclərin zərərli vərdişlərdən kənarlaşması istiqamətində mübarizə işinin aparılmasının genişləndirilməsi olduğunu bildirmişdir.
Layihə rəhbəri , Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komisiyasının ərzində QHT Koalisiyasında narkomanlığın və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması sahəsində qrup üzvü Müqamət Əliyev Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən tədbirin əsas məqsədi gənclərin “ağ ölüm”ə qarşı mübarizəsi ilə bağlı maarifləndirilməsi olub.
Analitik və üzvi kimya kafedrasının müdiri professor Əli Zalov qeyd edərək bildirdi ki, dövlətimiz tərəfindən narkotik və siqaretlə mübarizə sahəsində bir sıra əhəmiyyətli addımların atıldığını, mühüm qanunların qəbul olunduğunu və
bu mübarizədə daha səmərəli nəticələrə nail olmaq, gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün birgə mübarizə aparılmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daima diqqət mərkəzində saxlanılmalı, bu sahədə milli mənəvi dəyərlərin təbliğinə xüsusi fikir verilməlidir.
Daha sonra çıxış edən tələbə gənclər təşkilatlarının nümayəndələri bu bəlaya qarşı aparılan mübarizə metodlarından istifadə etməyin lazım olduğunu, bu sahədə ciddi addımların atılmasının, təbliğat işlərinin artıtılmasının vacibliyini bildiriblər.
Daha sonra Narkotikin ,siqaretin insan orqanizimində törətdiyi fəsadları özündə əks etdirən Vidio- çarx ,müxtəlif şəkillər gənclərə nümayiş olunmuş və gənc nəsillərə bu zərərli vərdişin gələcəkdə insan bədənində yarada biləcəyi xəstəliklər barədə məlumatlar verilmişdir.
Layihə iştirakçıları əsasən gənclərdən ibarət olub. Tədbirin sonunda iştirakçılara, layihə çərçivəsində nəşr edilmiş QHT Dövlət Dəstəyi Agentliyin və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş buklet,təsvirli köynək və sertifikatlar paylanılıb.
Tədbirdə, Azərbaycan Dövlət Pedoqoji Universtetinin Kimya və biologiya fakutəsinin tələbələri, Universtetin müvafiq struktur rəhbərləri , YAP –n Səbayıl rayon təşkilatın fəal üzvləri, GVİB-n İdarə Heyəti, QHT –n nümayəndələri iştirak ediblər. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
GVB-n Mətubat və İnformasiya şöbəsi
Baxışlar: 75 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Oktyabr 2022  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Yazıların arxivi
Design by UsiGroup  © 2024