Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2024 » May » 1 » Gənc Vətənpərvərlər”İctimai Birliyi olaraq Vətənə borcumuzu bu gün gələcəyin gənclərinə vətənpərvərlik və milli qürur hissinin aşılanmasın
12:29
Gənc Vətənpərvərlər”İctimai Birliyi olaraq Vətənə borcumuzu bu gün gələcəyin gənclərinə vətənpərvərlik və milli qürur hissinin aşılanmasın
Gənc Vətənpərvərlər”İctimai Birliyi olaraq Vətənə borcumuzu bu gün gələcəyin gənclərinə vətənpərvərlik və milli qürur hissinin aşılanmasını uğurla yerinə yetiririk .
"Vətən" və "vətənpərvərlik" kimi müqəddəs anlayışların mənasını uşaq,yeniyetmə və gənclər arasında aşılamaq fəaliyyətdə olan Qeyri Hökumət Təşkilatların və Gənclər Təşkilatlarının prioritet istiqamətlərindən biri olmalıdır . Uşaq,yeniyetmə və gənclərə Vətəni sevmək, Vətənə bağlılıq, vətənpərvərlik və milli qürur hissinin aşılanması ümum xalq işi olmalıdır. Vətəni sevmək Tomris mərdliyini, Cavanşir yenilməzliyini, Dədə Qorqud hikmətini, Nizami poeziyasını, Tusi elmini, Füzuli kədərini, Koroğlu cəngisini, Xətai qılıncını, qələmini, Babək cəsarətini, Nəsimi qətiyyətini, Üzeyir musiqisini, Səməd Vurğun şeiriyyətini sevmək deməkdir. Vətənpərvərlik ana laylalarıyla başlayır. Körpə böyüdükcə onun torpağa, elə-obaya bağlılığı, Vətənə əsgər olmağın ülviliyi haqqında düşüncələri daha da dolğunlaşır.Vətənpərvərlik tərbiyəsi, hər şeydən əvvəl, Vətəni dərin məhəbbətlə sevmək və onun mənafeyini qorumaqdır. Bunların yerinə yetirilməsində əsas vasitələrdən biri maarifləndirmə prosesidir.
Maarifləndirmə və təbliğat yeniyetmə və gənclərə yalnız bilik, bacarıq və vərdişlər aşılamır, həm də onları vətənpərvərlik ruhunda tərbiyə edir. Vətənə, doğma torpağa məhəbbət nağıllarımızda, dastanlarımızda, atalar sözlərində, bayatılarda da yaşadılır. Vətən torpağının müqəddəsliyi, onun yağılardan qorunmasının vacibliyi dastanlarımızın əzəli ulusu "Dədə Qorqud"da böyük məhəbbətlə tərənnüm edilir. Vətən ana ilə bərabər tutulur. Oğuz igidləri "Vətən haqqı ana haqqıdır" - kəlamının işığında Vətənin keşiyində ayıq-sayıq dayanıb, onu göz bəbəyi kimi qoruyurlar. Dahi Azərbaycan şairi Nizami Gəncəvi Gəncəni özünə qızıl boyunbağı saydığına görə heç yerə getməmiş və təsadüfi deyildir ki, Vətən məhəbbəti, yurd sevgisi onu öz doğulduğu məkandan ayrılmağa qoymamışdır. Vətən doğma evin kandarından başlanır. Hər bir gənc başa düşür ki, onun yaşadığı və təhsil aldığı yer Vətənin bir parçasıdır. Vətəni qorumaq hamımızın borcudur.
Vətən bizim varlığımızdır, fəxrimizdir, qürurumuzdur. Neçə-neçə qəhrəmanımız torpaqlarımız uğrunda canlarından keçib. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar. Torpaq-uğrunda ölən varsa, Vətəndir! Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik! Vətənpərvər olan şəxs Vətənini sevən, ona sadiq, torpağına, millətinə bağlı olan, bütün mənəvi sərvətlərə malik hərtərəfli şəxsdir. Səməd Vurğunun bir kəlamını xatırlayaq: "Mənsub olduğu xalqın varlığı ilə fəxr etməyən, onun eşqini müqəddəs bir məşəl kimi öz qəlbində yandırmayan bir insan öz vətəndaşlıq hissini dərk edə bilməz, ona vətənpərvər demək də gülünc olar..." "Öncə Vətən, ikinci xalq, sonra mən" kəlamı hamımızın həyat amalıdır. Vətən yalnız üstündə gəzib, qayğısız ömür sürmək, sərvətlərinə, gözəlliyinə baxıb qürrələnmək üçün bir məkan deyil. Biz Vətənimizlə qürur duyduğumuz kimi, həm də onu böyük məhəbbətlə sevirik və onun qarşısında özümüzü borclu sanırıq. Ünlü şairimiz Məmməd Araz Vətən övladlarının doğma Azərbaycana bəslədikləri sonsuz sevgini, əbədi minnətdarlıq hissini ümumiləşdirərək yazmışdır: Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim. Bu misralarda ifadə olunan fikir hər birimizin qəlbinə və düşüncəsinə hakim kəsilib. Axı Vətən təkcə yurd deyil. Vətən mənəm, Vətən sənsən, Vətən bizik. Vətənin dünəninə, bu gününə, sabahına hamımız cavabdeh olmalıyıq. Vətənpərvər, Vətənini, yurdunu sevən, dövlət atributlarına hörmətlə yanaşan, onu qoruyan, hər vaxt üçrəngli bayrağını uca tutan cəsur oğullar millətin qürur mənbəyidir. Müasir dövrümüzdə Vətənimizin gələcəyi Hərbi liseydə ,Hərbi akademiyada və təhsil müəssisələrdə təhsil alan, gəncərimizin düşüncə tərzi, intellektual səviyyəsi, milli ruhda tərbiyə alması kimi vacib amillərdən də asılıdır. Atalar sözlərimizdə də Vətən haqqında çox ibrətamiz fikirlər var: "Gözsüz yaşamaq olar, Vətənsiz yox", "Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır", "Vətənə gəldim, imana gəldim", "Yad ocağın alovundan Vətən ocağının tüstüsü gözəldir", "Hər quşa öz yuvası şirin olduğu kimi, hər insana da öz Vətəni şirindir", "Vətən viranə də olsa, cənnətdir","Vətən elin evi, dayağıdır". O insan vətənpərvərdir ki, doğma Vətənini müdafiə etsin, mədəniyyətinin, adət-ənənələrinin qorunmasının cəfakeşi olsun, bayrağını uca tutsun. Gənc Vətənpərvərlər”İctimai Birliyi olaraq Vətənə borcumuzu bu gün gələcəyin yeniyetmə və gənclərinə vətənpərvərlik və milli qürur ,fiziki-psixoloji və idioloji hissinin aşılanmasını uğurla yerinə yetiririk. Onlar isə öz növbələrində Azərbaycan Respublikasının əlaqədar təşkilatlarında ,Hüquq mühavizə orqanlarında və Müzəfər rəşadətli Ordusunda nümunəvi xidmət etməklə,öz bacarıq və fədakarlıqlarını ,vətənpərvərliklərini hər bir sahədə göstərirlər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar ,44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, Rəşadətli əsgər və zabitlərimizdir. Bir sözlə, “Qarabağ Azərbaycandır və nida işarəsi”-söyləyən Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi. Noyabrın 8-i xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı! 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik. Qarabağ Azərbaycandır! 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!

Gənc Vətənpərvərlər”İctimai Birliyin Sədri,İctimai xadim
Müqamət Süleyman oğlu Əliyev(Muğan)
Baxışlar: 83 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  May 2024  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024