Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2024 » Fevral » 14 » Gənc Vətənpərvərlər “İctimai Birliyi “Gənclər arasında Azərbaycanın qazi və qəhrəmanlarının təbliğ olunması "istiqamətində tədbirləri dava
12:59
Gənc Vətənpərvərlər “İctimai Birliyi “Gənclər arasında Azərbaycanın qazi və qəhrəmanlarının təbliğ olunması "istiqamətində tədbirləri dava
Gənc Vətənpərvərlər “İctimai Birliyi “Gənclər arasında Azərbaycanın qazi və qəhrəmanlarının təbliğ olunması "istiqamətində tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Gənclər Fondun maliyyə dəstəyi ilə Gənc Vətənpərvərlər “İctimai Birliyi (GVİB)
“Gənclər arasında Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin, həmçinin qazi və qəhrəmanlarımızın təbliğ olunması “adlı layihə çərçivəsində , növbəti təşəbbüs Azərbaycan Dövlət Neft və Sənaye Universtetin nəzdində Azərbaycan Sənaye və Texnologiya Kollecində gerçəkləşib . 14 fevral -da keçirilən tədbir Gənclər Fondun maliyyə yardımı ilə baş tutub.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İctimai Birliyin bu tədbiri gənclər arasında Aprel və İkinci Qarabağ – Vətən Müharibəsi döyüşlərində iştirak edən qazi və şəhidlər haqqında məlumatlandırma, şəhid olmuş hərbçilərin, həmçinin qazi və qəhrəmanlarının və vətənpərvərlik hisslərinin gücləndirilməsinə yönəlmişdi.
Tədbiri giriş sözü ilə acan Azərbaycan Dövlət Neft və Sənaye Universtetin nəzdində Sənaye və Texnologiya Kollecin direktor Faiq Şahbazlı tədbir iştirakcıları salamladı və qeyd etdi ki, müstəqil Azərbaycanın inkişafı ilk növbədə gənc nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır.
“Vətəndaş tərbiyə etmək mənsub olduğu dövlətin inkişafına çalışan, mənafeyini gözləyən, onun təhlükəsizliyi üçün məsuliyyət daşıyan, dövlətin cari və perspektiv işlərində iştirak edən insan yetişdirmək deməkdir.
Vətənpərvər olmayan gənclik cəmiyyətin idarə olunmasında heç bir rol oynaya bilməz.
Bu baxımdan regionlarda gənclər və yeniyetmələr arasında bu mövzuda təbliğat xarakterli maarifləndirmə işləri davam etdirlməlidir”
Layihənin rəhbəri ,İctimai xadim Müqamət Əliyev tədbir iştirakcılarını salamlayandan sonra layihənin mahiyyətindən və bu layihəyə qoşulan könülülərin fəailiyyətindən bacarığından söhbət acıb.
Sonra o,qeyd etdi ki, Gənclərin vətənpərvər ruhda böyümələrində, Qarabağı azad edən qəhrəman zabit və əsgərlərimizin üzərində müəllimlərin də böyük zəhməti var.
M.Əliyev xüsusi olaraq qeyd etdi ki, Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində çox saylı könüllü tələbə gənclər düşmənə qarşı vuruşaraq qəhrəmanlıqlar göstərib.
“Vətənpərliyin təbliğatı təhsillə yanaşı getməlidir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir.
Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarının ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir”,-deyə o, üzünü gənclərə tutaraq bildirib.
“Azərbaycan Dövlət Sənaye və Texnologiya Kollecin direktor müavini Pərvanə Məmmədova qeyd edib ki, Vətəni layiqincə qorumaq və yaşatmaq bu gün bizlər üçün əhəmiyyətli bir vəzifədir. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarının ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir”,-deyə o, üzünü gənclərə tutaraq bildirib
Vətənpərvər olmayan gənclik cəmiyyətin idarə olunmasında heç bir rol oynaya bilməz.
Bu baxımdan regionlarda gənclər və yeniyetmələr arasında bu mövzuda təbliğat xarakterli maarifləndirmə işləri davam etdirlməlidir”
Sonda ,Azərbaycanın qazi və qəhrəmanların döyüş yolunu əks etdirən videoçarx və fotoslaydar nümayiş olunuş suallar cavablandırılmışdr.
Tədbirdə, Milli və hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində yüksək təşkilatçılıq fəaliyyətinə və əməkdaşlığına görə ADNSU - in nəznində Azərbaycan Sənaye və Texnologiya Kollecin direktoru Faiq Şahbazlı Fəxri diplomla təltif edildi.
Layihə iştirakçıları əsasən gənclərdən ibarət olub. Tədbirin sonunda iştirakçılara, layihə çərçivəsində nəşr edilmiş buklet, üzərində Gənclər Fondunun və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş buklet,təsvirli köynək və sertifikatlar paylanılıb.
Tədbirdə,Azərbaycan Dövlət Sənaye və Texnologiya Kollecin tələbələri, Kolecin müvafiq struktur rəhbərləri ,
GVİB-n İdarə Heyəti,Qarabağ qaziləri və QHT –n nümayəndələri iştirak ediblər. Qeyd edək ki, layihə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.

GVİB-n mətubat və informasiya şöbəsi
Baxışlar: 67 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Fevral 2024  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
2526272829
Yazıların arxivi
Design by UsiGroup  © 2024