Gənc Vətənpərvərlər Birliyi 28 may Respublika günü münasibəti ilə elmi praktik konfrans keçirib. Tədbirdə İdman federasiyalarının nümayəndələri, məşqçilər, Qarabağ veteranları, birliyin yerli şöbələrinin üzvləri, QHT-nin nümayəndələri iştirak ediblər. Tedbirdə çıxış edən GVB-n sədri Müqamət Əliyev 28 may Respublika günü münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edib. M.Əliyev onu da bildirib ki, Ulu öndərimizin hakimiyyətə gəlməsi ilə müstəqil dövlətin yaranması üçün zəruri olan Nazirliklərin yaradılmasını, Avropaya inteqrasiya olunması üçün ciddi addımlar atdı. “Ulu öndər Heyder Əliyevin siyasi kursunun davamçısı olan Respublika Prezidenti İlham Əliyevin apardığı yüksək seviyyədə işlər hər bir sahədə xalq tərəfindən, QHT tərəfindən dəstəklənir”-deyə M. Əliyev bildirib. Onu da qeyd edən M. Əliyev bildirdi ki, birliyin üzvləri və könüllülər Ümumtəhsil orta ali təhsil müəssisələrində ,İdman cəmiyyətlərində və ictimai yerlərdə birliyin üzvləri və könüllülər Bakı-2015 Avropa Oyunlarla bağlı maarifləndirmə və təbliğat işləri apardığını diqqətə çatdırdı və bu sahədə hamılıqla fəal olmağa səslədi. Tədbirdə Birliyin İdarə heyətinin üzvləri, sədrin müşavirləri, fəxri üzvlər, DİN-n İC -ə dayaq mərkəzin sədri E. Xudaverdiyev, 10 saylı məktəbdə dayaq mərkəzin sədri A.Hüseyinova,AMEA –n elmi işçisi P.Əzimova, Kontakt karate-do federasiyasının nümayəndəsi R. Məmmədov , Ciu-Citsu karate Fedrasiyasının nümayəndəsi İ. Alizadə, “Oyama” karate klubun prezidenti H.Əliyev, həkim Ə. Abbasquliyev və QHT nümayəndələri çıxış ediblər.
|