Saytın menyusu
Statistika

Onlaynda cəmi: 2
Qonaqlar: 1
İstifadəçilər: 1
Aliyev
Giriş forması
Ana səhifə » 2020 » Yanvar » 31 » Gənc Vətənpərvərlər Birliy 2 fevral Gənclər Gününə həsr olunmuş “Vətəni, torpağı müdafiə etmək hər bir gəncin müqəddəs borcudur” mövzusunda
10:08
Gənc Vətənpərvərlər Birliy 2 fevral Gənclər Gününə həsr olunmuş “Vətəni, torpağı müdafiə etmək hər bir gəncin müqəddəs borcudur” mövzusunda
Gənc Vətənpərvərlər Birliy 2 fevral Gənclər Gününə həsr olunmuş “Vətəni, torpağı müdafiə etmək hər bir gəncin müqəddəs borcudur” mövzusunda tədbir keçirib.
Tədbirdə GVİB-nin İdarə Heyətinin üzvləri, yerli şöbələr, idmançılar, məşqçilər, QHT nümayəndələri iştirak ediblər. qhtxeber.az-ın məlumatına görə, tədbiri GVB-nin Humanitar və Mədəniyyət şöbəsinin müdüri N.Qaçayev acaraq tədbir iştirakçılarını Gənclər Günü münasibəti ilə təbrik etdikdən sonra sözü GVİB-nin sədri Muqmat Əliyevə verdi. Əliyev qeyd etdi ki, respublika prezidenti İlham Əliyev tərəfindən gənclərə göstərilən qayğı onların intellektual və fiziki potensiallarını daha da inkişaf etdirmək ücün hər cür çəraitin yaradılmasını təmin edir, gənclərin inkişafı yönündə coxsaylı proqram və layihələr həyata keçirilir: O qeyd etdi ki, 2 fevral Gənclər Günü kimi Ulu öndər H.Əliyevin sərəncamına əsasən 1996-cı ildən qeyd olunur. Prezident tərəfindən 2012-ci ilin “İdman İli” elan edilməsini önə çəkən Əliyev gənclərə tövsiyyə olaraq bildirdi ki, hər bir gənc fiziki hazırlığını artırmaq məqsədilə idmanın istənilən bir növü ilə məşğul olmalıdı.
Tədbirdə çıxış edənlər dövlətin həyata keçirdiyi gənclər siyasətinin uğurlarından, gənclərə hər bir sahədə göstərilən qayğı və diqqətdən söz açdılar. Tədbirin sonunda birliyin üzvü
,Qaçqın və məcburi köçkünlərlə müdir müavini Xəqan Qədimov Elvin Muradov , və digərləri fəxri diplomla təltif olundular və təşkilata yeni üzv olan gənclərə birliyin vəsiqələri təqdim olundu .
Tədbirdən sonra GVİB-nin bir qrup üzvü Fəxri xiyabanda Ulu Öndərin və 20 yanvar şəhidlərin məzarını ziyarət etdi.
Birliyin Gənclər Günü ilə bağlı tədbirləri davam edəcək.
Baxışlar: 198 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Yanvar 2020  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024