Saytın menyusu
Statistika

Onlaynda cəmi: 14
Qonaqlar: 14
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2015 » Dekabr » 2 » GƏNCƏ GƏNCLƏRİ NARKOTİKƏ YOX DEYİR
14:44
GƏNCƏ GƏNCLƏRİ NARKOTİKƏ YOX DEYİR
GƏNCƏ GƏNCLƏRİ NARKOTİKƏ YOX DEYİR

Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər Narkomaniya və QİÇS əleyihinə”devizi altında kütləvi idman tədbirlərin təşkili ” adlı layihə çərçivəsində 1 dekabr 2015-ci il tarixində Gəncə şəhər Xəzər Təhsil Mərkəzi ilə birgə “Gənclər bizim gələcəyimizdir gəlin onları zərərli vərdişlərdən qoruyaq”,”Gənclər narkotikə və Siqaretə yox“ mövzularında elmi praktik konfrans və təlim keçirildi.

GVB-n Gəncə şəhəri üzrə yerli şöbəsinin müdiri, Layihə üzrə təşkilat komitəsinin üzvü Elçin Axundov tədbiri açıq elan edərək layihənin başlıca məqsədinin cəmiyyətin narkomaniya siqaret və digər zərərli vərdişlərlə mübarizədə sosial fəallığının artırılmasına nail olmaq, gənclərin zərərli vərdişlərdən kənarlaşması istiqamətində toplumsal bir mübarizə işinin aparılmasının genişləndirilməsi olduğunu bildirmişdir.
Asif Həsənzadə qeyd edərək bildirdi ki, hazırda il ərzində 5,4 milyon insanın tütündən, siqaretdən istifadə etdiyinə görə dünyasını dəyişdiyini və siqaret istifadəçilərinin 20 % nin xanımlar olduğunu təəssüf hissi ilə qeyd etmişdir. Daha sonra siqaretin insan orqanizimində törətdiyi fəsadları özündə əks etdirən müxtəlif şəkillər yeniyetmə və gənclərə nümayiş olunmuş və gənc nəsillərə bu zərərli vərdişin gələcəkdə insan bədənində yarada biləcəyi xəstəliklər barədə məlumatlar verilmişdir. Konfransda iştirak edən Xəzər Təhsil Mərkəzinin direktoru R.Hüseyinov dövlətimiz tərəfindən siqaretlə mübarizə sahəsində bir sıra əhəmiyyətli addımların atıldığını, mühüm qanunların qəbul olunduğunu, artıq küçələrdə, televizyada siqaretin reklam olunmadığının müsbət hal olduğunu diqqətə çatdırıb. Daha sonra çıxış edən tələbə gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər sözügedən layihənin gənclərin siqaretin zərələri barədə maarifləndirilməsində, eyni zamanda, onların sağlamlıqlarının qorunmasında mühüm rol oynayacağını qeyd ediblər. Konfransın sonunda , GVB-n Gəncə şəhəri üzrə yerli şöbəsinin müdüri E.Axundov və Gəncə şəhər Xəzər Təhsil Mərkəzinin direktoru Raqif Hüseyinov təşkilatçılıq fəaliyyətinə görə fəxri diploma layiq görüldü. Narkomaniya və QİÇS-lə bağlı gənclərə maarifləndirici bukletlər və informasiya matrialları paylandı.
GVB-n Mətubat və İnformasiya şöbəsi
Baxışlar: 587 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Dekabr 2015  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024