Saytın menyusu
Statistika

Onlaynda cəmi: 10
Qonaqlar: 10
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2015 » Oktyabr » 22 » Gəlin narkotikə yox deyək”, gələcəyimizi qoruyaq.
13:08
Gəlin narkotikə yox deyək”, gələcəyimizi qoruyaq.
Gəlin narkotikə yox deyək”, gələcəyimizi qoruyaq.

Gənc Vətənpərvərlər Birliyi (GVB)Azərbaycan Respublikası Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə “Gənclər Narkomaniya və QİÇS əleyhinə” devizi altında kütləvi idman tədbirlərin təşkili ”adlı layihə çərçivəsində Bakı şəhər Nizami rayon 10 saylı tam orta məktəbdə ”Gənclər sağlam həyat secir” Narkotiklərə yox deyək”əsas metodlardan birini onlara fiziki, psixoloji hazırlıq işinin artırılması və maarifcilik fəaliyyətinin aşılanması mövzusunda elmi nəzəri praktik konfrans keçirilib. Tədbirdə GVB-nin İdarə heyətin üzvü M.Seyidov.KİV-i üzrə sədrin müşaviri ,təşkilatı məsələləri üzrə sədr müavini Z. Kazımov, həkim ekspert Ə. Abbasquliyev , Orta ixtisas və ali məktəblərlə iş şöbəsinin müdir müavini A.Hüseyinova və məktəbin pedoqoji kolektivi və şagirdlər iştirak ediblər. Tədbiri giriş sözü ilə acan məktəbin direktoru L.Məmmədova əvvəlcədən QHT-na Dövlət Dəstəyi Şurasına və bu layihəni planlı şəkildə həyata keçirdiklərinə görə layihədə iştirak edənlərə müəllim kolektivi adından və şəxsən öz adımdan minnətdarlığımı bildirən L.Məmmədova onu qeyd edərək bildirdi ki,cəmiyyətimizdə saf mənəviyyatı bərqərar etmək.inkişaf etdirmək,bütün mənfi hallara qarşı mübarizəni gücləndirmək əsas vəzifəmizlərdən biri olmalıdır. gənclərin narkomaniyaya ,siqaret çəkmə və bu kimi pis vərdişlərin təsirinə düşmələri bizi çox naraxat edir qabaqlar narkotiklərə dücar olanlar 25-30 yaşlarında təsadüv edilirdisə indi isə 15-30 yaşlar arasında təsədüv edilir,dünya təcrübəsi göstərir ki, zərərli vərdişlərdən əl çəkmək üçün kompleks şəkikldə hərtərəfli profilaktik tədbirlər həyata keçirilməsi və mənəvi dəyərlər,sağlam həyat və sağlam ailə təbliğatı mövzularında marifləndirmə işləri gücləndirilməlidir. Layihə köməkçisi ,həkim G. İskəndərova layihənin bir neçə mərhələdə apardığından və mövzularla bağlı keçirilən görüşlərdə edilən diskusiyaların nəticələrindən,onların verdiyi təkliflərdən söhbət acdı və qeyd etdi ki,gənclərin narkotikləri qəbul etməyə vadar edən səbəblər kimi ictimai nəzarətin zəifliyi gənclərin digər ölkələrə ,şəhərlərə gedib qayıtması (xususən Rusiya Frdrasiyalarına),narkotiklərin “qara bazarda” mövcudluğu və asan əldə olunması aillədə,məktəbdə ,işdə və digər yaxın əhatə çevrəsində münaqişələrin mövcudluğu bəzi ailələrdə maddi imkanların bolluğu və s kimi səbəblərdən irəli gəlir deyən G. İskəndərova növbəti mərhələdə keçirilən maarifləndirmə tədbirləri çox saylı təkliflərə əsaslanaraq əyləncə mərkəzlərində, kaf,bar və çayhalarda davam etdiriləcəklərini bildirdi.

Çıxış edən nümayəndələr və müəllimlər “ağ ölüm” adlandırılan narkomaniya və onun fəsadları, narkomaniyadan və QİÇS-dən qorunmağın yolları və s. barədə ətraflı məlumat vermiş, dövlətimizin hər bir vətəndaşa olan qayğısından, gələcəyimiz olan gənclərin sağlam böyüməsinin vacibliyindən danışmışlar.
Tədbirlər çərçivəsində “Antinarkomaniya Sahəsində Gənc Vətənpərvər İctimai Birliyinin nümayəndələri tərəfindən həmin məktəblərin yuxarı sinif şagirdlərinə 2 formada maarifləndirici buklet, 35 ədəd üzəri yazılmış köynək paylanıl;b.
Tədbirin sonunda şagirdlərlə diskusiyalar aparıldı və qeyd olundu ki,mövzu ilə bağlı şagirdlər arasında inşa yazılar və gülünc hədəfə alınmış krakatura şəkillərin çəkilməsi və paylanması tövsiyə olundu .
GVB-nin KİV-i ilə iş şöbəsi
Baxışlar: 583 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Oktyabr 2015  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024