Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2019 » Sentyabr » 24 » Gəlin GMO məhsullarla birgə mübarizə aparıb, genefondumuzu qoruyaq”
08:11
Gəlin GMO məhsullarla birgə mübarizə aparıb, genefondumuzu qoruyaq”
Gəlin GMO məhsullarla birgə mübarizə aparıb, genefondumuzu qoruyaq”

Gənc Vətənpərvərlər İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İstehlakçıların hüquqlarının və qida təhlükəsizliyinin qorunmasına dair əhalinin məlumatlandırılması ” adlı layihə çərçivəsind Bakı şəhəri Nəsimi rayon 8 saylı tam orta məktəbdə ” Geni dəyişdirilmiş Orqanizmlərin zərərli nəticələri haqqında mövzusunda elmi nəzəri praktik konfrans keçirilib.
Tədbirdə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının katibliyin məsləhətçisi H.Səmədov, məktəbinin müvafiq struktur rəhbərləri, müəllim və şagirdləri ,GVİB-n İdarə Heyəti və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan 8 saylı tam orta məktəbin direktor müavini S. İbrahimli tədbiri açıq elan etdikdən sonra bir dəqiqə sükutla Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu yad edilib . Sonra o qeyd etdi ki, Gen mühəndisliyi genlərlə manipulyasiya edərək, onların bir orqanizmdən digərinə köçürülməsi deməkdir. Bu təcrübədə insan təbiətdən daha qabağa gedərək genləri yalnız eyni növlər daxilində deyil, həm də müxtəlif növlər arasında köçürməyi bacarmışdır.Gen köçürülmüş orqanizm genetik yeniləşdirilmiş və ya genetik modifikasiya olunmuş orqanizm – GMO adlanır. Sonra qeyd edən məktəb direktoru A.Baxışova bildirdi ki,GMO qida məhsullarla bağlı ümumtəhsil məktəblərdə maarifləndirmə tədbirləri gücləndirmək lazımdır. . Layihə rəhbəri M. Əliyev layihənin məqsəd və vəfələrindən danışdı.Sonra o,qeyd etdi ki, Indi dünyanın ən inkişaf etmiş ölkələrində (ABŞ, Kanada, Çin, Yaponiya və s.) ərzaq məhsullarının, meyvə və tərəvəzlərin 70%-dən çoxunun tərkibində transgen inqredentlər var. Gəlin GMO məhsullarla birgə mübarizə aparıb, genefondumuzu qoruyaq”
Qida mütəxəssisi, beynəlxalq dərəcəli təlimçi Məhsəti Hüseynova qeyd edərək bildirdi ki, meyvə-tərəvəz alarkən diqqətli olmaq lazımdır: “Həddindən artıq böyük kartof, badımcan və digər kənd təsərrüfatı məhsulları, hamısı eyni ölçüdə olan, bir qəlibdən çıxmış kimi görünən meyvələr, həddindən artıq parıldayan almalar GMO məhsullarıdır. Sarı, qızılı rəngdə olan düyülər birmənalı şəkildə GMO-dur. Soya komponenti olan istənilən məhsul GMO-dur. Əgər pomidoru günlərlə saxlayırsınız, günün qabağına qoyursunuz, amma yenə də xarab olmur. Deməli, bu, GMO-dur. Bu baxımdan, istehlakçılar bazara girərkən diqqətli olmalıdırlar,
Gəlin GMO məhsullarla birgə mübarizə aparıb, genefondumuzu qoruyaq”
Tədbirdə ,çıxış edənlər Nəsimi rayon Gənclər İdman İdarəsinin Baş məsləhətçisi R.İsmayılov , GTİB –n Sədri A .Vəliyev, Hərbi rəhbər H. Əliyev ,GVİB- ,ARGTMŞ-n nümayəndəsi R. Orucova, məktəbin şagirdləri A. Nağıyev, M.Nemətzadə və başqaları bu yönümlü layihələrin vacibliyindən söz acdılar. Sonda mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunmuş suallar cavablandırılmış və Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsulları haqqında ümumi anlayış və terminalogiya mövzularında maarifləndirici buklek və təsvirli köynəklər paylanmışdır
Tədbirdə, eyni zamanda bu sahədə maarifləndirmənin daha da güclənməsinə xidmət edəcək bu kimi layihələrin davamlı olmasının, bu bəla ilə mübarizədə cəmiyyətin bütün təbəqələrinin səfərbər edilməsinin, həmçinin proseslərə vətəndaş cəmiyyətinin daha fəal cəlb olunmasının vacibliyi də diqqətə çatdırılıb.

GVİB-n mətubat və informasiya şöbəsi
Baxışlar: 213 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Sentyabr 2019  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
2930
Yazıların arxivi
Design by UsiGroup  © 2024