Ana səhifə » 2018 » May » 11 » Gəlin GMO məhsullarla birgə mübarizə aparıb, genefondumuzu qoruyaq”
12:58 Gəlin GMO məhsullarla birgə mübarizə aparıb, genefondumuzu qoruyaq” |
Gəlin GMO məhsullarla birgə mübarizə aparıb, genefondumuzu qoruyaq” Gənc Vətənpərvərlər İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullarla bağlı əhalinin maarifləndirilməsi üçün tədbirlərinin keçirilməsi ” adlı layihə çərçivəsində Nəsimi rayon 19 saylı tam orta məktəbdə ”GMO orqanizmli məhsulların yaranma səbəbləri “ mövzularında elmi nəzəri praktik konfrans keçirilib. Tədbirdə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının katibliyin məsləhətçisi Q.Yyaqubov, məktəbinin müvafiq struktur rəhbərləri, müəllim və şagirdləri ,GVİB-n İdarə Heyəti və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan 19 saylı tam orta məktəbin direktoru A.Əliyev tədbiri açıq elan etdikdən sonra bir dəqiqə sükutla Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu yad edilib . Sonra o qeyd etdi ki, Gen mühəndisliyi genlərlə manipulyasiya edərək, onların bir orqanizmdən digərinə köçürülməsi deməkdir. Bu təcrübədə insan təbiətdən daha qabağa gedərək genləri yalnız eyni növlər daxilində deyil, həm də müxtəlif növlər arasında köçürməyi bacarmışdır.Gen köçürülmüş orqanizm genetik yeniləşdirilmiş və ya genetik modifikasiya olunmuş orqanizm – GMO adlanır. Sonra qeyd edən məktəb direktoru A.Əliyev bildirdi ki, GMO qida məhsullarla bağlı ümumtəhsil məktəblərdə maarifləndirmə tədbirləri gücləndirmək lazımdır. . Layihə rəhbəri M. Əliyev birliyin qida təhlükəsizliyi istiqamətində gördüyü işlər haqqında danışdı. O, belə tədbirlərin ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğuladı. Layihə çərçivəsində bukle nəşr olunduğunu deyən birlik sədri gələcəkdə bu işlərin daha da genişləndirilməli olduğunu qeyd etdi. O, GMO-nun qanunla qadağan olunduğunu, prezident İlham Əliyevin bununla bağlı sərəncam imzaladığını bildirdi Könüllü təlimçi,1 saylı uşaq evinin tərbiyəçisi A.Hüseyinova qeyd edərək bildirdi ki, meyvə-tərəvəz alarkən diqqətli olmaq lazımdır: “Həddindən artıq böyük kartof, badımcan və digər kənd təsərrüfatı məhsulları, hamısı eyni ölçüdə olan, bir qəlibdən çıxmış kimi görünən meyvələr, həddindən artıq parıldayan almalar GMO məhsullarıdır. Sarı, qızılı rəngdə olan düyülər birmənalı şəkildə GMO-dur. Soya komponenti olan istənilən məhsul GMO-dur. Əgər pomidoru günlərlə saxlayırsınız, günün qabağına qoyursunuz, amma yenə də xarab olmur. Deməli, bu, GMO-dur. Bu baxımdan, istehlakçılar bazara girərkən diqqətli olmalıdırlar, Gəlin GMO məhsullarla birgə mübarizə aparıb, genefondumuzu qoruyaq” Tədbirdə ,çıxış edənlər Təlim-tərbiyə işləri üzrə direktor müavini Ü.Məmmədova ,Kəmalə Piriyeva , hərbi müəllim İslam Əzimov ,AMEA –n Azərbaycan Tarix Müzeyinin təmsilçisi V.Xudaverdiyev və başqaları bu yönümlü layihələrin vacibliyindən söz açdılar açdılar . Tədbirdə, eyni zamanda bu sahədə maarifləndirmənin daha da güclənməsinə xidmət edəcək bu kimi layihələrin davamlı olmasının, bu bəla ilə mübarizədə cəmiyyətin bütün təbəqələrinin səfərbər edilməsinin, həmçinin proseslərə vətəndaş cəmiyyətinin daha fəal cəlb olunmasının vacibliyi də diqqətə çatdırılıb. Tədbirdə mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunub, iştirakçıların sualları cavablandırılıb. Tədbir sinif otaqlarında davam etdirildi və Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsulları haqqında ümumi anlayış və terminalogiya mövzularında şagirdlərə,qonaqlara maarifləndirici buklek paylanmışdır. GVB-n mətubat və informasiya şöbəsi
|
Baxışlar: 325 |
Əlavə etdi: Aliyev
| Reytinq: 0.0/0 |
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin. [ Qeydiyyat | Giriş ]
|