Şuranın dəstəyilə “Gələcəyimizi qoruyaq” mövzusunda təlim keçirilib + - Çap Yerləşdirilib: 02.11.15 | Baxılıb: 4
qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində "Gələcəyimizi qoruyaq" mövzusunda elmi praktik konfrans və təlim keçirib.
qhtxeber.az-a daxil olan məlumata görə, konfransı giriş sözü ilə açan layihə rəhbəri Müqamət Əliyev “Narkomaniya nədir? “ mövzusuna geniş yer ayıraraq tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, narkomaniya həyat fəaliyyətinin kobud surətdə pozulmasına və sosial tənəzzülə gətirib çıxaran ağır xəstəlikdir: “Narkotika nəticəsində insan sağlamlığını, qüvvəsini və özünə hörməti itirir. Narkotik maddə təkcə onu qəbul edən insanı məhv etmir, həmçinin narkomanın ailə üzvlərinin sağlamlığına da mənfi təsir göstərir, onların uşaqları fiziki və psixi çatışmazlıqlarla dünyaya gəlir”.
Həkim-ekspert Ə. Abbasquliyev qeyd edib ki, sağlam insanların dairəsinə daxil olarkən narkotik maddələri yayan şəxslər onları tez yaymağa çalışır ki, sağlam insan heç olmasa bir dəfə narkotik maddə qəbul etsin: “Onların məqsədi sizi narkotik maddədən asılı vəziyyətə salmaqdır. Hətta narkotik maddənin kiçicik bir dozası belə sizin üçün təhlükəli ola bilər”.
Natiq əlavə edib ki, hazırda statistik məlumata görə, 28790 qeydiyyatda olan narkoman var, daşıyıcılar isə ondan on dəfə çoxdur. Bu isə bizim gələcək nəsil üçün təhlükədir. Tədbirdə idman ictimaiyyəti ,QHT nümayəndələri, idmançılar, məşqçilər çıxış ediblər və bu istiqamətdə tədbirlərin keçirilməsi tövsiyə olunub, təşkilat komitəsi yaranıb.
GVB-nin “Oyama” karate idman klubunun prezidenti H. Əlili gənclərdə hərbi vətənpərvərlik, fiziki və psixoloji hisslərinin gücləndirməsində və təşkilatçılıq fəaliyyətinə görə fəxri diploma layiq görülüb.
Konfransın sonunda təlim idman bölmələrində davam etdirildi.
Hamlet
|