Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2010 » May » 9 » Ermenilerin Xocalıdakı vehşiliyinin yeni sübutları
10:35
Ermenilerin Xocalıdakı vehşiliyinin yeni sübutları
Rusiyalı jurnalist Viktoriya İvlevanın ermeni uşaq qatillerinin Xocalıda töretdikleri qanlı qırğından bir neçe gün sonra çekdiyi ve http://www.fotosoyuz.ru saytında derc etdirdiyi fotoşekiller Yozef Gebbelsin ermeni hemkarı Ara Saqatelyanın başçılıq etdiyi ermeni tebliğatının dehşetli yalanını ifşa edir. İnsanların baş derisini soyan ermenilerin vekilleri uzun iller boyu bütün dünyaya car çekirdiler ki, guya qaçqınlar yalnız ermeni herbçilerinin nezaret etmediyi Ağdam yaxınlığındakı erazide güllelenmişler. Dağlıq Qarabağın inzibati erazisinde ise heç bir qetl töredilmemişdir, çünki dinc ehalinin çıxması üçün “alicenablıq” gösterilib dehliz saxlanılmışdı.
Bütün bunlar yalandır ve ermeni herbi cinayetkarlarının müdafieçileri bütün bu vaxt erzinde özleri bunu çox gözel bilirdiler.
Viktoriya İvlevanın qırğından bir neçe gün sonra çekdiyi ve internetde aşkar edilmiş şekiller bir daha tekzibolunmaz suretde sübut edir ki, ermeni “qehremanları” Xocalı qadınlarını ve uşaqlarını tekce esgeran rayonunun ermeniler yaşayan Naxçıvanik kendinin yaxınlığında deyil, - esas pusqu buradakı donuz fermasının yanında qurulmuşdu, - hem de Xocalının özünde gülleleyib, sakinlere qesebeni terk etmeye macal vermeyibler. Bu, mülki ehali üçün “tehlükesiz dehliz” ayrılması barede efsaneleri de yerle-yeksan edir.

İki fotoşekle baxaq:
http://www.azeris.com/mages/stories/khojaly/IvlevaViktoria Khojaly1 6 00x600.jpg
http://www.azeris.com/images/stories/khojaly/IvlevaVictoria Khojaly2 6 00x600.jpg
Bu, orjinalları yuxarıda gösterilen saytdan götürülüb JPG formatında saxlanılmış fayllardır. Orjinallara baxmaq üçün http://www.fotosoyuz.ru saytını açıb, “Viktoriya İvleva” yazaraq axtarışa vermek lazımdır. Bir qeder aşağıda “Çekiliş yeri” bölmesinde “Asiya”, “dövr” bölmesinde ise “1990-cı iller” yazmaq lazımdır. Her ehtimala qarşı fotoşekiller olan snapşotlar PDF formatında da saxlanılıb:

http://www.azeris.com/images/stories/khojaly/IvlevaVictoria Khojaly1.pdf
http://www.azeris.com/images/stories/khojaly/IvlevaVictoria Khojaly2.pdf
Bu tehlükesizlik tedbirleri ona göre görülüb ki, ermeniler orijinalları saytdan sile bilerler. Çünki bir defe onlar Vera Bessantinanın şekillerini Asbares saytında derc edib “ermeni talanlarının qurbanları” kimi teqdim etmiş, biz hemin şekillerin saxta olduğunu üze çıxarandan sonra ise telesik saytdan silmişdiler.
İvlevanın çekdiyi fotoşekillerde görünür ki, qadınları ve uşaqları ermeni tebliğatının uydurduğu “Xalq cebhesi yaraqlıları”nın nezaret etdiyi erazilerde deyil, Xocalının özünde de gülleleyibler. Fotoşekillerin birinde aydın görünür ki, ayağından güllelenib, sonra qetle yetirilmiş qızın elini kimse seliqe ile mişarlayıb (onların uşaqları qetle yetirmekde ixtisaslaşmış diger hemkarları Naxçıvanik kendi yaxınlığında xocalılıların meyitlerinin baş derisini de bele meharetle soyurdular). Kim bilir, hansı qastronomik meqsedle! Ermeni çapovulçularının xocalılıların qoyub getdiyi emlakı “Jiquli” avtomobillerinde daşımasına mane olmaması üçün meyitler yolun kenarına atılıb. Nezere alsaq ki, İvleva viran edilmiş şeherde olub ve bu şekilleri hücum günü deyil, Xocalı alındıqdan bir neçe gün sonra çekib, aydın olur ki, kadra düşen “Jiquli” avtomobilindeki şeheri terk eden Azerbaycan sakini deyil, yaxınlıqdakı ermeni yaşayış menteqelerinden gelmiş çapovulçulardır. Ehtimal ki, kimse bu dehşetli kadrlarda itmiş qohumlarını tanıyacaq.
İndi Saqatelyan demeye ne söz tapacaqdır? Belke yene deyecek ki, növbeti Azerbaycan saxtakarlığıdır. Yoxsa yene iddia edecek ki, bura heç Xocalı deyil, … Kosovodur (xatırladaq ki, bu ilin fevralında o, Azerbaycanın Milli Qehremanı Çingiz Mustafayevin Naxçıvanik kendi yaxınlığında çekdiyi şekillerin Kosovoda lente alındığını iddia edirdi). Belke Saqatelyanın fikrince, Viktoriya İvleva bu şekilleri Kosovoda çekmiş, sonra dünyanın hansı güşesinde olduğunu unutmuşdur? Belke de azerbaycanlıların Çingiz Mustafayevin “adına çıxardığı” şekillerin guya hansısa xeyali “Vera Frankl” terefinden çekildiyini iddia eden Saqatelyan indi eks hücuma keçecek ve deyecek ki, eslinde heç bir Viktoriya İvleva yoxdur ve guya Saqatelyanın Vera Franklı uydurduğu kimi, onu da azerbaycanlılar “uydurublar”? Saqatelyankimilerden ne desen gözlemek olar. Ancaq Viktoriya İvleva real jurnalistdir, onu Ermenistanın özünde yaxşı tanıyırlar.
Yeri gelmişken, Xocalıya seferinden sonra o, 1992-ci ilin martında Azerbaycanın Moskvadakı sefirliyinde keçirilen metbuat konfransında iştirak edib. Hemin metbuat konfransında bu setirlerin müellifi de iştirak etmişdir. Doğrudur, o zaman İvleva mehv edilmiş şeherin adını ermenisayağı “Xocalu” kimi teleffüz edirdi. Saytda bu sehv artıq düzeldilib.
Biz Saqatelyanı başa düşürük, bir qeder halına da acıyırıq. Onun Britaniya jurnalisti Tomas de Vaala verdiyi müsahibesinde üreyini açmasına teessüf eden şefi Serj Sarkisyan öz işçisine demek olar ki, mümkün olmayan bir iş tapşırıb - qetle yetirilmiş xocalılıların qanını müdirinin ellerinden silmek. Saqatelyan da çox çalışır. Ancaq ne ede biler? Ona tekce azerbaycanlılar deyil, hem de bir derya senedli sübutlar mane olur. Bunlar Çingiz Mustafayev, Viktoriya İvlevanın video ve fotokadrları, hüquq-müdafie teşkilatlarının, cehennemi görüb qayıtmış xocalıların şahidliyidir. Buna göre de Saqatelyan öz komandası ile ne qeder çalışsa da xocalılıların qanı celladların elinden heç vaxt silinmeyecek.

anspress.com

Baxışlar: 1246 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  May 2010  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Yazıların arxivi
Design by UsiGroup  © 2019