Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2010 » Mart » 31 » Ermenilerin Azerbaycanda töretdiyi soyqırımından 92 il ötür
09:34
Ermenilerin Azerbaycanda töretdiyi soyqırımından 92 il ötür
Mart Soyqırımı-1918
Mart Soyqırımı ve ya Mart Hadiseleri — 1918-ci ilin 30 mart ve 3 aprel tarixleri arasında Bakı şeherinde ve Bakı quberniyasının müxtelif bölgelerinde, elece de Şamaxı, Quba, Xaçmaz, Lenkeran, Hacıqabul, Selyan, Zengezur, Qarabağ, Naxçıvan ve diger erazilerde Bakı Soveti ve daşnak ermeni silahlı destelerinin azerbaycanlılara qarşı töretdikleri qırğın. Resmi menbelere esasen soyqırımın neticesinde 12 mine yaxın azerbaycanlı qetle yetirilmiş, on minlerle insan itkin düşmüşdür. Azerbaycan prezidenti Heyder Eliyevin 26 mart 1998-ci il tarixli serencamı ile 31 mart Azerbaycanlıların Soyqırım Günü kimi qeyd olunur.
Tarixi faktlar
1917-ci ilde Rusiyada baş vermiş Oktyabr inqilabının neticesinde, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyeti ele keçirmişdir.

Etnik ermeni olan ve Britaniya hökümetinden milyon qızıl rubl mebleğinde ilkin yardım alan Stepan Şaumyan, Bakıda azerbaycanlılara qarşı bolşeviklerle ermeni milliyetçilerinin emekdaşlığını temin etmişdir
9 mart, 1918-ci ilde, Hacı Zeynalabdin Tağıyevin oğlu Mehemmed Tağıyevin defn merasiminde iştirak etmek üçün, general Talışinskinin başçılıq etdiyi Azerbaycan alayı Bakıya qelmişdir. Mehemmed Tağıyev Lenkeran şeherinde baş veren ixtilafda rus-ermeni silahlı desteleri terefinden qetle yetirlmişdir ve onun defn merasimi 27 mart gününe teyin edilmişdir.
General Talışinski Bakıya gelmeden bir neçe gün evvel, Lenin Bakı Sovetinin başçısı Stepan Şaumyana aşağıdakı mezmunda teleqram yollamışdır:
Hörmetlı yoldaş Şaumyan:
Mektubunuz üçün teşekkür edirem. Sizin düşünülmüş siyasetiniz bize çox xoşdur ve yaranmış veziyyetde siyasetinizin daha derin ve ehtiyatlı diplomatiya ile birge tetbiq edilmesini meqsedeuyğun sayır ve neticede qelebe çalacağımıza eminik.
Çetinlikler gözlenilmezdir ve indiyedek biz yalnızca imperialistler arasında narazılıqlar ve münaqişeler neticesinde ireli getmişik. Bu konfliktleri işletmeyi öyrenin, hal-hazırda diplomatiya öyrenmek vacibdir.
Bütün dostalara xoş arzular ve salamlar.
V. Ulyanov (Lenin)
Leninin Şaumyana etdiyi bu müraciete baxmayaraq, Bakıya daxil olarken general Talışinski ve Azerbaycan alayının üzvleri Bakı Soveti terefinden hebs altına alınmışlar, neticede şeherde yaşayan azerbaycanlılar Sovete qarşı müqavimet göstermeye başlamışlar. Neticede baş veren silahlı münaqişe martın 30-dan aprelin 3-de qeder Bakıda davam etmişdir ve tarixde "1918-ci ilin Mart Günleri" kimi qalmışdır
Mahiyyetce milli soyqırımı olan "Mart döyüşleri" Bakı sovetine qısa müddet erzinde veziyyete nezaret etmek imkanı verse de, ehali arasında sovetlere qarşı kin-küdreti daha da artırdı, Azerbaycanda sovetleşme ideyasına zerbe vurdu.
Bolşeviklerin böyük dövletçilik siyasetinin labüd neticesi olan soyqırım Azerbaycanda milli istiqlala qarşı açıq-aydın sui-qesd idi. Kütlevi soyqırım istiqlalın aparıcı qüvvesi olan "Müsavat"ın milli dövletçilik siyaset ideyalarına güclü tesir gösterdi, onu Rusiya imperiyasını demokratik-federativ respublikaya çevirmek, burada milletlere muxtariyyet hüququ vermek ideyasından imtina etmeye, bundan sonra tam dövlet müsteqilliyi xettini esas götürmeye, "Müsteqil Azerbaycan" ideyasını ireli sürmeye mecbur etdi.
Mart soyqırımından bir il sonra ermeniler bu hadiseleri bolşeviklerle müselmanlar arasında cereyan eden hakimiyyet mübarizesi kimi metbuatda yaydılar. 1919-cu ilin yayında ABŞ terefinden Bakıya gönderilen general Harborda teqdim edilen senedde ermeni yepiskopu Baqrat ermenilerin mart hadiselerinde iştirakını inkar edir. Baqrat Bakıda hadiseler zamanı öldürülen 1000 neferden 300-nün ermeni ve rus, 700-nün müselman olduğunu iddia edirdi.

Bu soyqırım tekce Bakıyla ehateli deyildi. Aprel ayının ilk ongünülüyünden etibaren Bakıda töredilen bu qetliamlar eynile Şamaxı, Quba, Xaçmaz, Lenkeran, Hacıqabul, Selyan, Zengezur, Qarabağ, Naxçıvan ve diger bölgelerde de edildi.

Hadiselerin gedişi
1917-ci il oktyabr devrimi ve hakimiyyete kommunistlerin gelmesi zamanı yaranmış veziyyetden istifade eden ermeni milletçileri ve onların cemleşdiyi "Daşnaksütyun" partiyası Bakıda ve diger yerlerde azerbaycanlılara qarşı mitinqler keçirmeye başladılar. 1918-ci il mart ayının 30-da ermeni kilsesi yanında toplaşan daşnak destesi müselmanlara ilk ateş açdı. 31 mart seher tezden bolşevik-daşnak desteleri azerbaycanlılar yaşayan "Kerpicxana", "Memmedli" ve başqa mehellelere hücum etdiler. Hemin mehelleleri havadan teyyareler, denizden ise herbi gemiler bombalamağa başladılar. Ermeniler rusları inandırmışdılar ki, guya İçeri şeherde azerbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu bilenden sonra ateşi dayandırsalar da artıq gec idi, alova bürünmüş mehellelerde ölenlerin sayı-hesabı yox idi. Ermeni milletçi faşistleri heç kime rehm etmirdiler, qarşılarına çıxan her kesi türk deye derhal qetle yetirirdiler. Daşnaklar deyirdiler: "Biz heç bir bolşevik tanımırıq, tekce müselman olmağın kifayetdir". Onlar evleri qaret edir, adamları yandırır, hamile qadınları ağılasığmaz işgencelerle qetle yetirirdiler. Ermeniler azerbaycanlılara mexsus mektebleri, kitabxanaları, medeniyyet ocaqlarının hamısını yandırırdılar. Hetta İçeri şehere hücum zamanı A.Mikoyanın başçılığı ile yaradılmış "İnqilabı müdafie" adı ile çıxış eden bu quldur desteleri Bakının en gözel memarlıq abidelerinden olan "İsmailiyyeni" yandırmış, "Açıq söz", "Kaspi", "Baku", qezetleri redaksiyalarını dağıtmış, "Teze pir" mescidinin minarelerini ise top ateşi ile delik-deşik etmişdiler.
Belelikle, 1918-ci ilde Rusiyada yaranmış veziyyetden istifade eden ermeniler öz istediklerine bolşevizm bayrağı altında nail olmağa cehd göstermişler. Bakı kommunası 1918-ci ilin martında cinayetkar planı heyata keçirmeye başlayır. Texminen 7 min ermeni esgeri müxtelif cebhelerden Bakıya getirilir. Bundan başqa "Qırmızı Qvardiya" adı altında yaradılan 10-12 minlik ordunun da 70%-i ermenilerden ibaret idi. Qabaqcadan hazırlanan anlaşmaya esasen, bolşevik-ermeni koalisiyası cebhe boyu hücuma keçir. Martın 30-da axşam saatlarında Bakıda ilk ateş sesleri eşidilir. Tepeden dırnağa qeder silahlanmış ermeni esgerleri müselmanların evlerine basqınlar ederek onları vehşicesine öldürür, körpelere ve qocalara aman vermirdiler. Qadınlar daha ağır şekilde öldürülürdü. Arxiv materiallarına esasen qulaqları, burunları kesilen, orqanları parça-parça edilen 37 qadının meyiti tapılmışdı. N.Nerimanov Ermeni vehşilerinin töretdikleri qetliamlar haqqında bele behs edir: "Bolşevik olan bir müselmana bele aman verilmedi. Müselmanlara her cür cinayeti etdiler. Neinki kişiler, hetta hamile qadınlar da daşnaqlardan canlarını qurtara bilmediler".
Milli sülhe ve birliye qarşı "sinfi mübarize" ve "sinfilik" mövqeyinden çıxış eden S.Şaumyan başda olmaqla Bakı bolşevikleri "Bakı Sovetinin Zaqafqaziyada vetendaş müharibesinin başlıca merkezine ve istehkamına" çevirmek yolunu seçdiler. Onlar daşnaqlarla birlikde "antisovet qiyamına", "eksinqilaba" qarşı mübarize adı altında 1918-ci il mart ayının axırlarında (30-31-de) milli qırğın teşkil etdiler. Bu müselmanlara qarşı, xüsusile azerbaycanlılara qarşı milli soyqırımı, Azerbaycanın milli istiqlalına xeyanetkar sui-qesd idi. Hemin soyqırımı zamanı 12 minden çox (bezi senedlerde 15 min) günahsız azerbaycanlı qanına qeltan edildi. Bu soyqırımında daşnaq silahlı desteleri, habele A.Mikoyanın başçılıq etdiyi "Qızıl Qvardiya" desteleri xüsusile ferqlenmişdiler.
Qeyd etmek lazımdır ki, Bakıda qırğın töredilmesine hele 1918-ci ilin yanvarında cehd edilmişdi. Müselman korpusunun komandiri general Talışinskinin hebsi şeherin türk-müselman ehalisinde ciddi qezeb doğurmuşdu. Bundan istifade eden ermeniler ise silahlı toqquşmaya cehd gösterdiler. Lakin Mehemmed Emin Resulzade, Neriman Nerimanov ve başqalarının seyi neticesinde onların yanvar ayında qırğın töretmek planı baş tutmadı. Lakin onlar bu mekrli niyyetlerini mart ayında heyata keçire bildiler. Stepan Şaumyan Bakı Sovetinin iclasında bildirmişdi ki, bu teşkilat Zaqafqaziyada vetendaş müharibesinin başlıca istehkamına çevrilmelidir. Toqquşmanın başlanması üçün behane ise Hacı Zeynalabdin Tağıyevin oğlu Mehemmedin cenazesinin "Evelina" gemisinde Lenkerandan Bakıya getirilmesini teşkil eden 48 herbçinin gelişi oldu. Ermeniler şayie yaydılar ki, bu zabitler Muğandakı malakan kendlerini dağıtmaq barede gösteriş alıblar. Bunu behane getiren Şaumyan gemideki zabitlerin terksilah olunması üçün gösteriş verdi. Buna etiraz eden yerli ehali ise küçelere çıxıb zabitlerin terksilah olunmasına etirazını bildirdi. Belelikle, dinc ehaliye qarşı soyqırımı başladı. Azerbaycan Xalq Cümhuriyyeti dövründe yaradılmış istintaq komissiyasının hesabatında bu hadiseler zamanı ölenlerin sayının 20 minden çox olduğu bildirilir.
Mart soyqırımı zamanı tekce Bakıda 12 minden çox adam qetle yetirildi. Bolşevik-daşnak destelerinin bu vehşilikleri ancaq Bakı ile bitmir. Onlar Quba, Şamaxı, Kürdemir, Salyan ve Lenkeran qezalarında soyqırımı davam etdirmişdiler.
S.Lalayansın desteleri 3-16 aprel tarixinde Şamaxı ehalisine divan tutdu. Yerli ermeni ve rus-malakan kendlilerinin kömekliyi ile tekce mart ayında Şamaxının 58 kendi Bakı Sovetine bağlı ermeni ordusu terefinden dağıdıldı. Texminen 8 mine yaxın insan öldürüldü ki, bunun da 1653 neferi qadın, 965-i ise uşaq idi. 1918-ci ilde 15 min ehalisi olan Şamaxının 1921-ci ilde ehalisi texminen 1700 nefere enmişdi.
Ermenilerin 1918-ci il mart ve aprel aylarında Şamaxı ve ona qonşu kendlerde töretdikleri qetliamları isbat eden çoxlu sayda arxiv materialı var. Bu materiallar arasında 22 noyabr 1918-ci ilde Tecili Araşdırma komissiyasının başçısı A.Xasmemmedovun Azerbaycan Respublikası Edliyye Nazirliyi başçısına Şamaxı şeheri ve ona qonşu kendlerin dağıdılması ve müselman ehali üzerinde ermenilerin işgenceleri ve cinayetleri haqqında melumatını, hemin komissiyanın üzvü A.Novatskinin bu meseleyle bağlı komissiya başçısına verdiyi melumatı, bu işlerde cinayetkar şexslerle bağlı mehkeme işinin başladılması haqqında Tecili Araşdırma komissiyasının 12 iyul 1919-cu il tarixli qerarını göstermek olar.
Şamaxı şeheri ve ona qonşu olan kendlerde ermeniler terefinden töredilen soyqırım hadiseleri haqqında 7 cild, 925 sehifeden ibaret araşdırma materiallarında toplanmış melumatlar ermenilerin cinayet ve qetliamlar etdiklerini bir daha gösterir. Onu da qeyd edek ki, adını qeyd etdiyimiz Araşdırma Komissiyası terefinden hazırlanan senede göre hele yanvar ayında Bakı Soveti terefinden 15 maşın, mart ayının ortalarında ise 60 maşın dolusu silah ve 2000 ermeni esgeri Şamaxıya gönderilmişdi.
Quba qezasında da hadiseler eyni istiqametde cereyan edirdi. Aprel ayında Quba qezasına gönderilen daşnak destelerinin komandiri Hamazasp bildirmişdi: "Men ermeni xalqının qehremanı ve onun müdafieçisiyem... Mene Xezer denizinden Şahdağadek olan erazide bütün müselmanları mehv etmek emri verilmişdir" Onun başçılıq etdiyi daşnak desteleri Quba qezasında 122 kendi yandırdılar. Yerli sakinler ise min bir ezablarla qetle yetirildiler. Ermeniler adamların gözlerini çıxararaq "gözmuncuğu" düzeldirdiler. Ermeni milletçileri terefinden töredilen bu soyqırım zamanı 30 mine yaxın adam öldürüldü.
Ermeniler bütün Azerbaycanı işğal etmeye cehd gösterirdiler. Onlar bu defe Qarabağda yaşayan ermenilerle birleşib Genceye hücuma hazırlaşırdılar. Lakin 1918-ci ilin mayında Azerbaycan Xalq Cümhuriyyetinin yaradılması, Azerbaycanın erazi bütövlüyü uğrunda ölüm-dirim mübarizesinin başlanması işğalçıların bütün planlarını pozdu.
Mart hadiseleri eslinde bolşeviklerin daşnaqlarla birlikde heyata keçirdikleri milli qırğın idi. Bu qırğının esas teşkilatçısı olan S.Şaumyan özü de 1918-ci il aprelin 13-de RSFSR XKS-e yazdığı mektubunda etiraf etmişdi: "Biz süvari destemize birinci silahlı hücum cehdinden behane kimi istifade etdik ve bütün cebhe boyu hücuma keçdik... Bizim altı min nefere yaxın silahlı qüvvelerimiz var idi... "Daşnaksütyunun" da üç-dörd min neferlik milli hisseleri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hisselerin inkişafı vetendaş müharibesine qismen milli qırğın xarakteri vermişdi, lakin buna yol vermemek mümkün deyildir. Biz bilerekden buna yol verdik".
1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lenkeran ve diger erazilerde ermeni faşistleri 50 min azerbaycanlını qetle yetirmiş, 10 minlerle insanı öz torpaqlarından qovmuşlar. Hemin hadise Azerbaycan xalqının tarixine qara herflerle yazılmışdır.

Baxışlar: 7065 | Əlavə etdi: GVB | Reytinq: 3.8/10
Bütün şərhlər: 7
0 Spam
7 ferhad  
adam kisi olar eeeee

0 Spam
6 ACA TEAM  
MEN BURDAKI MELMATLARI COPY EDCEM VE ERMNI SITSNE VURAM HACLIYB VURCAM :)
FUCK YOU ARMENIAN !
ACA TEAM

0 Spam
5 avril  
cox isime yaradi sagolllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll lllll:))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))

0 Spam
4 vusale  
bu duzdur minlerle azerbaycanli qetle yetirilib

0 Spam
3 leyla  
mence ayten duz deyir amma gunay duz deyir bu onemli melumatlardan biridir amma serevan deyil yerevan

0 Spam
2 ayten  
men burda axtardigim melumetleri tapa blmedim

0 Spam
1 Gunay  
Mwn axtardigim melumati tapmadim.Bilirsiz ne?-Budurki?ermeniler AZERBAYCANDAN aldiqlari TORPAQLARIN bezilerinin adlari deyisib.Meselen : GOYCE GOLU-SEREVAN olub.Basaqalari yoxdur,burda.Niye?En esas melumatlardan biridir.

Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Mart 2010  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Yazıların arxivi
Design by UsiGroup  © 2019