Öten gün defn edilen bir neferin mezarı üzerine xaç simvolu qoyulub Qazax rayonunun işğal altında olan Qızılhacılı kend qebiristanlığı ermeniler terefinden dağıdılıb. Bu barede melumatı ANS PRESS-e rayon sakini, birinci Qarabağ müharibesi elili, ehtiyatda olan zabit Namiq Famil oğlu Eliyev verib. Onun sözlerine göre, mezarlıqda teqriben 50 mezar dağıdılıb. Hadise yerine Qazax Rayon İcra Hakimiyyeti başçısı Ferman Nağdeliyev, Qazax Rayon Polis reisi müavini, Milli Tehlükezilik Nazirliyinin Qazax rayon şöbesinin rehberi ve kend ictimaiyyeti toplaşıb. Qazax rayon polis şöbesinin reis müavini Edalet Sadıxov ANS PRESS-e bildirib ki, heqiqeten de mezarlıqda qebirler dağıdılıb. Teqriben 30 mezar tamamile dağıdılıb. Dünen defn edilen bir neferin mezarının üzerine ise taxtadan hazırlanmış xaç işaresi qoyulub. Edalet Sadıxov bildirib ki, ilkin ehtimala göre, mezarlığı ermeniler dağıdıblar. Bele ki, işğal altında olan Qızılhacılı kendi ile ermenilerin İcevan rayonunun Barkaber kendi arasında 7 km mesafe var ve kend qebiristanlığı ermeni postunun yaxınlığındadır. Hemin erazide yaşayış menteqesi yoxdur, gediş-geliş ise ümumiyyetle yox derecesindedir.
|