Dövlət rəmzlərinin təbliğində gənclərin rolu Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyin maliyyə dəstəyi ilə “Gənclərdə dövlət rəmzlərinə hörmət hissinin gücləndirilməsi “adlı layihə çərçivəsində ” Nəsimi rayon 8 saylı tam orta məktəbdə Zəfər və Dövlət bayrağı gününə həsr olunmuş tədbir keçirilib. . Canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildikdən sonra şagirdlər vətənpərvlik mövzusunda mahnı və şeirlər səsləndirilib, müxtəlif sə kompozisiyalar nümayiş etdiriliblər. Layihənin rəhbəri , Muğan Əliyev tədbir iştirakcılarını salamlayandan sonra o, qeyd edərək bildirdi ki, hər bir ölkənin tarixi və dövlətçilik ənənələri adətən onun rəmzlərində və atributlarında öz əksini tapır. Azərbaycan Respublikasının bayrağı, gerbi, himni və digər atributları Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. 8 saylı tam orta məktəbin direktoru Aytən Baxşıyeva tədbir iştirakcılarını Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər və Dövlət bayrağı günü münasibətilə təbrik edib. O qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabrın 27-dən başlanan, 44 gün davam edən Vətən müharibəsi şanlı Qələbə ilə sona çatıb. Hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində böyük Zəfərə imza atıb və üc rəngli ay ulduzlu bayrağımızı yüksəliklərdə dalğalandırıblar. Məktəbin Tərbiyə işlər üzrə müavini Səfurə İbrahimli qeyd edti ki,Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və şanlı Ordumuzun rəşadəti sayəsində qazanılmış böyük Zəfər, eyni zamanda, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşməsi, gənclərimizin Vətən sevgisi, iqtidar-xalq və ordu birliyi sayəsində əldə olunub. Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurasının Üzv təşkilatlarla iş üzrə katibi Jalə Həsənova qeyd etdi ki,Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra dövlət rəmzlərinin – bayraq, gerb və himnin hazırlanması istiqamətində konkret tədbirlər həyata keçirilmişdir. Üçrəngli dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. Tədbirdə digər çıxış edənlər gənclər arasında dövlət atributları, tarix və milli qəhrəmanlar haqqında maarifləndirmə işlərinin aparılmasının zəruriliyini və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında qazandığı tarixi Qələbənin təcəssümündən , pis vərdişlərdən və vətənpərvərlk mövzusunda danışaraq bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar Layihə iştirakçıları əsasən yeniyetmə və gənlərdən ibarət olub. layihə çərçivəsində nəşr edilmiş buklet, üzərində Gənclər və İdman Nazirliyin və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş buklet,təsvirli köynək , bayraq ,Sertifikat , Heydər Əliyevin əksi olunmuş döş nişanı, təqvim və dəftərxana ləvazimatları paylanılıb. Tədbir məktəbin idman zalında davam etdirildi Tədbirdə ictimayətinin nümayəndələri , könüllülər,birliyin üzvləri və QHT-n nümayəndələri və digər qonaqlar iştirak ediblər. Qeyd edək ki, layihə Gənclər və İdman Nazirliyin maliyyə yardımı ilə həyata keçirilir. GVB-n KİV-i üzrə
Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyin maliyyə dəstəyi ilə “Gənclərdə dövlət rəmzlərinə hörmət hissinin gücləndirilməsi “adlı layihə çərçivəsində ” Nəsimi rayon 8 saylı tam orta məktəbdə Zəfər və Dövlət bayrağı gününə həsr olunmuş tədbir keçirilib. . Canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildikdən sonra şagirdlər vətənpərvlik mövzusunda mahnı və şeirlər səsləndirilib, müxtəlif sə kompozisiyalar nümayiş etdiriliblər. Layihənin rəhbəri , Muğan Əliyev tədbir iştirakcılarını salamlayandan sonra o, qeyd edərək bildirdi ki, hər bir ölkənin tarixi və dövlətçilik ənənələri adətən onun rəmzlərində və atributlarında öz əksini tapır. Azərbaycan Respublikasının bayrağı, gerbi, himni və digər atributları Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. 8 saylı tam orta məktəbin direktoru Aytən Baxşıyeva tədbir iştirakcılarını Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər və Dövlət bayrağı günü münasibətilə təbrik edib. O qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabrın 27-dən başlanan, 44 gün davam edən Vətən müharibəsi şanlı Qələbə ilə sona çatıb. Hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində böyük Zəfərə imza atıb və üc rəngli ay ulduzlu bayrağımızı yüksəliklərdə dalğalandırıblar. Məktəbin Tərbiyə işlər üzrə müavini Səfurə İbrahimli qeyd edti ki,Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və şanlı Ordumuzun rəşadəti sayəsində qazanılmış böyük Zəfər, eyni zamanda, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşməsi, gənclərimizin Vətən sevgisi, iqtidar-xalq və ordu birliyi sayəsində əldə olunub. Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurasının Üzv təşkilatlarla iş üzrə katibi Jalə Həsənova qeyd etdi ki,Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra dövlət rəmzlərinin – bayraq, gerb və himnin hazırlanması istiqamətində konkret tədbirlər həyata keçirilmişdir. Üçrəngli dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. Tədbirdə digər çıxış edənlər gənclər arasında dövlət atributları, tarix və milli qəhrəmanlar haqqında maarifləndirmə işlərinin aparılmasının zəruriliyini və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında qazandığı tarixi Qələbənin təcəssümündən , pis vərdişlərdən və vətənpərvərlk mövzusunda danışaraq bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar Layihə iştirakçıları əsasən yeniyetmə və gənlərdən ibarət olub. layihə çərçivəsində nəşr edilmiş buklet, üzərində Gənclər və İdman Nazirliyin və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş buklet,təsvirli köynək , bayraq ,Sertifikat , Heydər Əliyevin əksi olunmuş döş nişanı, təqvim və dəftərxana ləvazimatları paylanılıb. Tədbir məktəbin idman zalında davam etdirildi Tədbirdə ictimayətinin nümayəndələri , könüllülər,birliyin üzvləri və QHT-n nümayəndələri və digər qonaqlar iştirak ediblər. Qeyd edək ki, layihə Gənclər və İdman Nazirliyin maliyyə yardımı ilə həyata keçirilir. GVB-n KİV-i üzrə
|