Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2017 » Oktyabr » 18 » Dövlət Müstəqiliyi gününə həsr olunmuş tədbir keçirilib
08:34
Dövlət Müstəqiliyi gününə həsr olunmuş tədbir keçirilib
qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi Gənclər arasında vətənpərvərlik tərbiyəsinin təşviqi” adlı layihə çərçivəsində Dövlət Müstəqiliyi günü münasibətilə 19 saylı tam orta məktəbdə "Azərbaycan gəncliyi və müstəqilik” mövzusunda elmi nəzəri praktik konfrans keçirib.

qhtxeber.az-a daxil olan məlumata görə, tədbir ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükütla yad edilməsi və dövlət himnimizin səsləndirilməsilə başlayıb.

Konfransı giriş sözü ilə açan məktəbin tarix müəlliməsi Piri Arzu Dövlət Müstəqilliyi günü münasibətilə tədbir iştirakçılarını təbrik etdikdən sonra icra olunan layihənin vacibliyindən danışıb. Qeyd edib ki, vətənpərvərliyin təbliğ olunması istiqamətində orta və ali məktəblərdə işlər görülməlidir.

Layihənin rəhbəri M. Əliyev layihə haqqında geniş məlumat verdikdən sonra qeyd edib ki, Azərbaycanın dövlət müstəqiliyi bizim tarixi nailiyyətimizdir, ən qiymətli sərvətimizdir. Ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə desək, “Azərbaycanın dövlət müstəqiliyi daimidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqiliyimizi qorumaqdan, əbədi etməkdən ibarətdir”. M. Əliyev deyib ki, dünyanın görkəmli siyasətçiləri, strateqləri sırasında qəbul olunan Prezident İlham Əliyev müstəqiliyimizin sükanı arxasında inamla,qətiyyətlə dayanıb”.

Konfransda çıxış edən məktəbin hərbi müəllimi, GVB-nin dayaq mərkəzinin sədri İ. Əzimov bildirib ki, gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etməklə yanaşı, onları pis vərdişlərdən uzaqlaşdırmaq üçün maarifləndirici tədbirlərin keçirilməsini vurğulayıb.
Tədbirdə digər çıxış edənlər vətənpərvərlikdən danışaraq bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Baxışlar: 309 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Oktyabr 2017  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024