Dövlət Müstəqiliyi gününə həsr olunmuş tədbir keçirilib.
Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi " “Gənclər arasında vətənpərvərlik tərbiyəsinin təşviqi ” adlı layihə çərçivəsində Dövlət Müstəqiliyi günü münasibətilə 19 saylı tam orta məktəbdə "Azərbaycan gəncliyi və müstəqilik” mövzusunda elmi nəzəri praktik konfrans keçirib. Tədbir ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükütu və dövlət himnimizin səsləndirilməsilə başladı. Konfransı giriş sözü ilə açan məktəbin tarix müəlliməsi Piri Arzu Dövlət Müstəqilliyi günü münasibətilə tədbir iştirakçılarını təbrik etdikdən sonra icra olunan layihənin vacibliyindən danışıb. Qeyd edib ki, vətənpərvərliyin təbliğ olunması istiqamətində orta və ali məktəblərdə işlər görülməlidir. Layihənin rəhbəri M. Əliyev qeyd layihə haqqında geniş məlumat verdikdən sonra qeyd edib ki, Azərbaycanın dövlət müstəqiliyi bizim tarixi nailiyyətimizdir, ən qiymətli sərvətimizdir. Ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə desək,”Azərbaycanın dövlət müstəqiliyi daimidir,dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqiliyimizi qorumaqdan, əbədi etməkdən ibarətdir”: "Dünyanın görkəmli siyasətçiləri, strateqləri sırasında qəbul olunan Prezident İlham Əliyev müstəqiliyimizin sükanı arxasında inamla,qətiyyətlə dayanıb”. Konfransda çıxış edən məktəbin hərbi müəllimi, GVB –n məktəbdə dayaq mərkəzin sədri İ.Əzimov bildirib ki, gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etməklə yanaşı, onları pis vərdişlərdən uzaqlaşdırmaq üçün maarifləndirici tədbirlərin keçirilməsini vuruğlayıb. Tədbirdə digər çıxış edənlər vətənpərvərlikdən danışaraq bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Tədbirdə “ Milli və hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində yüksək təşkilatcılıq fəaliyyətinə və xidmətlərinə görə məktəbin direktoru A.Əliyev və hərbi müəllimi İ.Əzimov fəxri diplomla təltif edildi Layihə iştirakçıları əsasən 14-16 yaş arası olan gənclərdən ibarət olub. Vətənpərvərlik mövzuları ilə bağlı gənclərə maarifləndirici bukletlər və informasiya materialları ,təsvirli köynəklər və Ulu Öndərin əksi olunmuş döş nişanı paylandı. Qeyd edək ki, layihə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.
|