Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2022 » Oktyabr » 10 » Dövlət bayrağı - müstəqil Azərbaycan dövlətinin əsas atributlarından biri kimi
11:44
Dövlət bayrağı - müstəqil Azərbaycan dövlətinin əsas atributlarından biri kimi
Dövlət bayrağı - müstəqil Azərbaycan dövlətinin əsas atributlarından biri kimi

Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyin maliyyə
dəstəyi ilə “Gənclərdə dövlət rəmzlərinə hörmət hissinin güclən­dirilməsi “adlı layihə çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetinin təşkilatcılığı ilə “Dövlət bayrağı - müstəqil Azərbaycan dövlətinin əsas atributlarından biri kimi ” mövzusunda elmi nəzəri praktik konfrans keçirib. Tədbir Azərbaycanın Dövlət himi ilə başladı və Ulu Öndərin və torpaqlarımızın müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin ruhunu bir dəqiqəlik skutla yad edilməsindən sonra tədbiri giriş sözü ilə acan Universitetin karyera və kommunikasiya şöbəsinin mütəxəssisi Lalə Qafarova tədbir iştirakçılarını salamladı və qed etdi ki, təhsilin bütün pillələrində, o cümlədən orta ixtisas və ali təhsil müəssisələrində dövlət rəmzlərinin tədrisinə xüsusi diqqət verilirb u yönümlü layihələrin keçirilməsi gənclərdə milli atributlara olan hörməti artırır və hərbi vətənpərvərlik hisslərinin daha da gücləndirir.
Tədbirdə Gənc Vətənpərvərlər İctimai Birliyin sədri Layihə rəhbəri Muqamət Əliyev Azərbaycanın müstəqillik rəmzi olan dövlət bayrağının yaranması tarixindən danışıb. O, hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımızın ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə təsis edildiyini diqqətə çatdırıb. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisində AXC-nin bayrağının qaldırıldığını xatırladan natiq bununla da üçrəngli bayrağımızın yenidən həyata vəsiqə qazandığını deyib.
TMU-nun Tələbə Gənclər təşkilatının sədri Samir Abdullayev iştirakçılar adından layihə rəhbərinə təlimin təşkilinə görə təşəkkür edib.
Tədbirdə layihə üzrə könüllü ekspert AMEA elmi işçisi P. Əzimova və H.Cavadlı mövzu ilə bağlı məruzə edib.
Qeyd olunub ki, Azərbaycanın dövlət rəmzləri tədris materiallarında geniş əksini tapıb.
Tədbir sinif aitoriyalarında fikir mübadiləsi formatında təşkil olunan təlimdə tələbələri maraqlandıran suallar təlimçilər tərəfindən cavablandırılıb.
Layihə iştirakçıları əsasən gənclərdən ibarət olub.
Tədbirin sonunda Azərbaycan atributları ilə bağlı vidio carh nümayiş etdirildi . layihə çərçivəsində nəşr edilmiş buklet, üzərində Gənlər və İdman Nazirliyin və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş buklet,təsvirli köynək , sertifikat və Heydər Əliyevin əksi olunmuş döş nişanı paylanılıb.
Tədbirdə ,Gənc Vətənpərvərlər İctimai Birliyinin şöbə müdirləri, Universtetin müəllim heyyəti, tələbələr və digər qonaqlar iştirak ediblər.
KİBV üzrə şöbə
Qeyd edək ki, layihə Gənclər və İdman Nazirliyin maliyyə yardımı ilə həyata keçirilir.
Baxışlar: 63 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Oktyabr 2022  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Yazıların arxivi
Design by UsiGroup  © 2024