Gənc Vətənpərvərlər Birliyi (GVB) Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində Dövlət bayrağı gününə həsr olunmuş elmi- nəzəri praktik konfrans və karate üzrə klublararası idman yarışı keçirib.
Tədbiri Gənc Vətənpərvərlər Birliyinin sədri Müqamət Əliyev açaraq tədbirdə iştirak edənləri, qonaqları Dövlət bayraq günü münasibəti ilə təbrik edib.
Layihə üzrə koordinator N. Qaçayev icra olunan layihənin məqsədindən və layihə çərçivəsində respondentlər arasında keçirilən sosioloji sorğuların nəticələri haqqında məlumat verib.
AMEA-nın Azərbaycan tarixi muzeyinin elmi işçisi P. Əzimova qeyd edib ki, bu gün bayraq bütün dünya dövlətlərinin sahib olduğu dəyərli sayılan simvollardan biri və müstəqilliyin rəmzidir, bayraq sözü qədim türk dilinə aid “batrak” sözünün deformasiya olmuş formasıdır. P. Əzimova onu da bildirib ki, Prezidentin sərəncamı ilə 2010-cu ildən hər il 9 noyabr Dövlət bayrağının yaranma günü qeyd olunur. Respublika prezidentinin təşəbbüsü ilə ucaldılan ən hündür bayraq Azərbaycandadır bizlər o bayrağa görə qürur hissi keçirməliyik.
GVB-n fəxri üzvü, hüquq elmlər namizədi B. Nazıyev qeyd edib ki, Azərbaycanın üçrəngli, ay ulduzlu, səkkizguşəli bayrağı 1918-ci il noyabr ayının 9- da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilib.1991-ci il fevral ayının 5 –də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verib.
Tədbirdə digər çıxış edənlər Dövlət bayrağı günü münasibətilə tədbir iştirakçılarını təbrik etdikdən sonra keçirilən vətənpərvərlik mövzusundan söhbət açıblar və belə tədbirlərin keçirilməsini vacib sayıblar.
Sonda Birliyin bir qrup fəal üzvü və Bakı şəhər tam orta məktəbin şagirdləri bayraq muzeyində olublar.
http://qhtxeber.az/news/a-37818.html
|