GVB dövlət bayrağı gününə həsr edilmiş konfrans keçirib
Leyla Məhərrəmova/AZADİNFORM. Gənc Vətənpərvərlər Birliyi Gənclər (GVB) və İdman Nazirliyinin maliyə dəstəyi ilə ”Vətənpərvərliyin və dövlətciliyin təbliğinə dəstək” adlı layihə cərçivəsində ”Ey yüksələn yeni nəsil, gələcək sizindir. Onu yüksəldəcək və davam erdirəcək sizlərsiniz" mövzusunda DİN-n İdman Cəmiyyətində Dövlət bayrağı gününə həsr olunmuş elmi praktik konfrans və təlim keçirib. AZADİNFORM xəbər verir ki, konfransı giriş sözü ilə açan layihənin kordinatoru N.Quliyev layihə əsasında keçirilən tədbirlərin mahiyyəti barədə məlumat verib. GVB sədri Müqamət Əliyev qeyd edib ki, bu gün bayraq bütün dünya dövlətlərinin sahib olduğu dəyərli sayılan simvollardan biri və müstəqilliyin rəmzidir. "Batrak” sözü də "batırmaq” sözündən gəlir deyən M.Əliyev onuda bildirib ki, 2010 cu uldən prezidentin sərəncamı ilə hər il 9 noyabr Dövlət bayrağının yaranma gününü kimi qeyd olunur. Respublika prezidentinin təşəbüsü ilə ucaldılan ən hündür bayraq Azərbaycandadır. Azərbaycan Milli Elmlər Akademiyasının elmi işci S.Zülfüqarova bildirib ki, bayraq 1918 ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümihuliyyəti hökumətinin qərarı ilə ilə qəbul edilib. Konfrans başa çatdıqdan sonra "Vətən uğrunda mübarizəyə hazır ol” devizi altında yüngül atletika üzrə orta məsafəli qaçış və karate üzrə yarışa start verilib. Tədbirlər sil-silə xarakterli Bakı, Gəncə, Şəmkir və Lənkəran şəhərində fəaliyyət göstərən birliyin regioal şöbələri ilə birgə Gənclər və İdman İdarələri tərəfindən həyata keçirilməsi planlaşdırılır.
|