Saytın menyusu
Statistika

Onlaynda cəmi: 7
Qonaqlar: 7
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2024 » Oktyabr » 4 » COP NƏDİR?
08:00
COP NƏDİR?
GƏNC VƏTƏNPƏRVƏRLƏR İCTİMAİ BİRLİYİ
VƏTƏNİN MÜDAFİƏSİNƏ HƏR AN HAZIR OL!
COP NƏDİR?
COP (Conference of the Parties; Tərəflərin Konfransı) 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi üçünyaradılmış qurumdur. COP konvensiyanın ən üst qərarverici qurumudur və konvensiyaya tərəfdaş olan, onu ratifikasiya edən ölkələr (hazırda 198 ölkə) COP-da təmsil olunurlar. COP-un missiyası konvensiyadan* irəli gələn tələblərin, tövsiyələrin icrasına nəzarət etməkdir. Bu tələblər əsasən qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər “0” – sıfıremissiyaya nail olmaqdır
Hər il keçirilən konfransa (COP) rəhbərlik və ev sahibliyi BMT-nin 5 regional
qrupunu (Afrika ölkələri, Asiya ölkələri, Latın Amerikası və Karib ölkələri, Mərkəzi və Şərqi Avropa ölkələri, Qərbi Avropa və digər ölkələr) təmsil edən 198 ölkəninsəsverməsi ilə seçilir.
Sonuncu, COP28 adlandırılan 28-ci konfrans 2023-cü ilin 30 Noyabr-12 Dekabr
tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmişdir.
Konfransda dünyanın 195 ölkəsindən təxminən 97 min nəfərdən çox nümayəndə
heyəti iştirak etmişdir. İştirakçıların tərkibini əsasən dövlət rəsmiləri, özəl sektoru
təmsil edənlər, elm adamları, tədqiqatçılar, ekspertlər, jurnalistlər, və digər
maraqlı tərəflər təşkil etmişdir.
Növbəti, COP29 olaraq adlandırılacaq konfrans isə 2024-cü ilin 11-24 Noyabr
tarixlərində Bakı şəhərində keçiriləcək. Buna, sonuncu, COP28 konfransında
iştirak edən 195-dən çox ölkənin yekdilliklə səsverməsi nəticəsində qərar
verilmişdir.
11-24 Noyabr tarixlərində Bakıda keçiriləcək olan konfrans (COP29) çərçivəsində
dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər
nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. Nəzərə alsaq ki, ölkə olaraq ənirimiqyaslı beynəlxalq tədbirimiz 8 min nəfərə yaxın qonağın qəbul edildiyi
Avropa Oyunları olmuşdur, COP29 ölkə tarixində keçiriləcək olan ən böyük tədbir
hesab olunur. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəyə
yerli, regional və beynəlxalq miqyasda çox böyük divindendlər qazandıracaqdır.
* Konvesiyanın ali məqsədi iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli
hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır.
Baxışlar: 54 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Oktyabr 2024  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024