Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2010 » Avqust » 23 » Cebrayıl ve Füzulinin işğalından 17 il ötür
21:39
Cebrayıl ve Füzulinin işğalından 17 il ötür
Sahesi 104 980 hektar olan Cebrayıl rayonu 1993-cü il 23 avqust tarixinde ermeni işğalçıları terefinden zebt olunub.
Zengin yeraltı servetlere ve tebii gözelliye malik Cebrayıl rayonu 1930-cu ilde yaradılıb.
Cebrayıl rayonunda mişar daşı istehsalına yararlı ve istismara celb edilmiş ehtiyatları 2937 min kubmetr olan Tulus tuf, ümumi ehtiyatları 5434 min kubmetr olan Çaxmaqçay, Soltanlı tikinti qumu, ehtiyatları 296 min kubmetr olan kerpic istehsalına yararlı Qaracallı gil, ehtiyatları 6644 min ton olan sement istehsalına yararlı Göyerçin-Veyselli vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gec, ehtiyatları 5226 min ton olan eheng istehsalına yararlı Ağtepe ehengdaşı, ehtiyatları 4130 min kubmetr olan Ceferabad qum-çınqıl qarışığı, ehtiyatları 504 ton olan Sahverdi yeşem ve ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları vardır.
Rayonda yaşı 200-1600 olan 14 eded iri diametrli Şerq çinarı ve diger qiymetli ağaclar, hemçinin Dağtumas kendinde “Divler sarayı” adlanan mağara tebiet abidesi kimi qorunurdu.
Cebrayıl rayonunda respublika ve rayon ehemiyyetli 120-dek tarixi memarlıq abidesi, qiymetli ağac növlerinden ibaret meşeler, böyük ehtiyata malik yeraltı servetler, qeyri-adi flora ve faunası ile seçilen Diridağın özünemexsus tebiet guşeleri, mineral maddelerle zengin su menbeleri ermeni işğalçıları terefinden dağıdılaraq mehv edilib.
2006-2007-ci iller erzinde ermeni işğalçıları terefinden rayonun 16 min hektardan artıq erazisinde yanğınlar töredilib.
Cebrayıllılar arasında 351 nefer şehid ailesi var. Ölkenin 58 bölgesine sepelenen cebrayıllılar daha çox Beyleqan, İmişli, Sabirabad, Bilesuvar rayonlarında meskunlaşıblar.
Bu gün hemçinin Füzuli rayonunun da Ermenistan silahlı qüvveleri terefinden işğal olunmasından 16 il ötür.
1993- cü ilin avqustun 23 - de Füzulinin 51 kendi ve rayon merkezi ermeniler terefinden işğal olunub, 55 min nefere yaxın sakin doğma torpaqlarını terk edib.
Füzuli rayonu Qarabağ dağ silsilesinin cenub- şerq eteklerinden Araz çayınadek saheleri ehate edir, Cebrayıl, Xocavend, Ağcabedi, Beyleqan rayonları ve Araz çayı boyunca İranla hemserheddir.
Rayonunun erazisi 1 386 kv.km, ehalisi texminen 105 min neferdir. Rayonun işğaldan azad olunmuş erazisinde 13 qesebe ve 20 kend var.
Füzuli rayonu 1988 -ci ilden başlayaraq mütamedi olaraq ermenilerin hücumuna meruz qalıb. İşğal neticesinde 1100 - den çox füzulili şehid olub, 113 nefer girov düşüb, 1450 nefer müxtelif dereceli elill olub.
anspress
Baxışlar: 795 | Əlavə etdi: GVB | Reytinq: 5.0/1
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Avqust 2010  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
293031
Yazıların arxivi
Design by UsiGroup  © 2019