Bu gün Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azerbaycanın Naxçıvan şeherinde anadan olmuşdur. O, 1939-cu ilde Naxçıvan Pedaqoji Texnikumunu bitirdikden sonra Azerbaycan Senaye İnstitutunun (indiki Azerbaycan Dövlet Neft Akademiyası) memarlıq fakültesinde tehsil almışdır. Başlanan müharibe ona tehsilini başa çatdırmağa imkan vermemişdir. 1941-ci ilden Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşler Komissarlığında ve Naxçıvan MSSR Xalq Komissarları Sovetinde şöbe müdiri vezifesinde işlemiş ve 1944-cü ilde dövlet tehlükesizliyi orqanlarında işe gönderilmişdir. Bu dövrden tehlükesizlik orqanları sisteminde çalışan Heyder Əliyev 1964-cü ilden Azerbaycan SSR Nazirler Soveti yanında Dövlet Tehlükesizliyi Komitesi sedrinin müavini, 1967-ci ilden ise sedri vezifesinde işlemiş, general-mayor rütbesine qeder yükselmişdir. Hemin illerde o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali tehsil almış, 1957-ci ilde ise Azerbaycan Dövlet Universitetinin tarix fakültesini bitirmişdir. Azerbaycan Kommunist Partiyası Merkezi Komitesinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azerbaycan Kommunist Partiyası Merkezi Komitesinin birinci katibi seçilerek sovet dövrü ierarxiyasına uyğun olaraq respublikanın rehberi olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Merkezi Komitesi Siyasi Bürosunun üzvü seçilen Heydər Əliyev SSRİ Nazirler Soveti sedrinin birinci müavini vezifesine teyin edilmiş ve SSRİ-nin rehberlerinden biri olmuşdur. Heydər Əliyev iyirmi il erzinde SSRİ Ali Sovetinin deputatı, beş il ise SSRİ Ali Soveti sedrinin müavini olmuşdur. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Merkezi Komitesi Siyasi Bürosunun ve şexsen Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xette etiraz elameti olaraq, tutduğu vezifelerden istefa vermişdir. Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda töretdiyi qanlı facie ile elaqedar ertesi gün Azerbaycanın Moskvadakı nümayendeliyinde beyanatla çıxış ederek, Azerbaycan xalqına qarşı töredilmiş cinayetin teşkilatçıları ve icraçılarının cezalandırılmasını teleb etmişdir. O, Dağlıq Qarabağda yaranmış keskin münaqişeli veziyyetle bağlı SSRİ rehberliyinin ikiüzlü siyasetine etiraz elameti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını terk etmişdir. 1990-cı ilin iyulunda Azerbaycana qayıdan Heyder eliyev ilk evvel Bakıda, sonra ise Naxçıvanda yaşamış, hemin ilde de Azerbaycan Ali Sovetine deputat seçilmişdir. O, 1991 - 1993-cü illerde Naxçıvan Muxtar Respublikası Ali Meclisinin sedri, Azerbaycan Respublikası Ali Soveti sedrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ilde Yeni Azerbaycan Partiyasının Naxçıvan şeherinde keçirilmiş tesis qurultayında partiyanın sedri seçilmişdir. 1993-cü ilin may-iyununda hökumet böhranının son derece keskinleşmesi ile o zamankı rehberlerlik Heydər Əliyevi Bakıya devet etmişdir. Heydər Əliyev 1993-cü il 15 iyunda Azerbaycan Ali Sovetinin sedri seçilmiş, iyulun 24-de ise Milli Meclisin qerarı ile Azerbaycan Respublikası Prezidentinin selahiyyetlerini heyata keçirmeye başlamışdır. 1993-cü il oktyabrın 3-de ümumxalq referendumu neticesinde Heydər Əliyev Azerbaycan Respublikasının Prezidenti seçilmişdir. O, 1998-ci il oktyabrın 11-de keçirilen seçkilerde seslerin 76,1 faizini toplayaraq, yeniden Azerbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003-cü il [15 oktyabr]]da keçirilen prezident seçkilerinde namizedliyinin ireli sürülmesine razılıq vermiş Heyder eliyev sehhetinde yaranmış problemlerle elaqedar seçkilerde iştirak etmekden imtina etmişdir. Heydər Əliyev bir sıra beynelxalq mükafatlara, müxtelif ölkelerin universitetlerinin fexri doktoru adına ve diger yüksek nüfuzlu fexri adlara layiq görülmüşdür. O, dörd defe Lenin ordeni, Qırmızı Ulduz ordeni ve çoxlu medallarla teltif edilmiş, iki defe Sosialist emeyi Qehremanı adını almış, bir çox xarici dövletlerin orden ve medalları ile teltif olunmuşdur.
|