Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2010 » May » 9 » Bu gün Böyük Veten Müharibesindeki qelebenin 65-ci ildönümüdür
10:25
Bu gün Böyük Veten Müharibesindeki qelebenin 65-ci ildönümüdür
Döyüşlerde gösterdikleri igidliye göre ölkemizin 130-dan çox vetendaşı Sovet İttifaqı Qehremanı adına layiq görülüb

kinci Dünya müharibesinde faşizm üzerinde Qelebeden 65 il keçir. Beşer tarixinde en dehşetli müharibesinde qelebenin elde olunmasına Azerbaycan xalqı da böyük töhfeler verib. Bu qanlı müharibede Azerbaycan xalqı 640 minden çox oğul ve qızını cebheye yola salıb, onların texminen yarısı döyüşlerde helak olub. Qanlı-qadalı döyüşlerde gösterdikleri igidliye göre ölkemizin 130-dan çox vetendaşı Sovet İttifaqı Qehremanı adına layiq görülüb, 170 minden çox esger ve zabitimiz müxtelif orden ve medallarla teltif edilib.
Azerbaycanda teşkil olunmuş diviziyalar Qafqazdan Berlinedek şanlı döyüş yolu keçib, yüzlerle hemyerlimiz ise partizan destelerinin terkibinde vuruşub. Azerbaycanlı çağırışçı ve könüllülerden formalaşdırılmış 77-ci, 223-cü, 336-cı, 402-ci ve 416-cı milli atıcı diviziyalar döyüşlerde misilsiz igidlik ve şücaet göstererek, adlarını tarixin sehifelerine qızıl herflerle yazıblar.
Xalqımız arxa cebhede de misilsiz emek hünerleri gösterib, ordunun ehtiyaclarını ödemek üçün gece-gündüz fedakarlıqla çalışıb. Böyük Qelebeye neft Bakısının töhfesi evezsiz olub. Müharibe illerinde Sovet İttifaqında çıxarılan neftin 70 faizini Azerbaycan verirdi. İkinci Dünya müharibesinde faşizm üzerinde Qelebenin temin edilmesinde helledici rol oynamış sovet ordusunun tank ve teyyarelerinin tam ekseriyyeti Bakı neftçilerinin gönderdiyi yanacaqla herekete getirilirdi. eger Azerbaycan nefti olmasaydı, sovet-alman cebhesinde herbi emeliyyatların ne ile neticeleneceyini demek çetin olardı. Bütün bunlara göre İkinci Dünya müharibesinde şerefli döyüş yolu keçmiş Azerbaycan övladlarının tarixi şücaetleri, habele arxa cebhede fedakarlıqla çalışanların xidmetleri heç vaxt yaddaşlardan silinmeyecek, genc nesle esl vetenperverlik nümunesi olacaq.
Baxışlar: 1005 | Əlavə etdi: GVB | Reytinq: 2.0/2
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  May 2010  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Yazıların arxivi
Design by UsiGroup  © 2019