Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2010 » Mart » 8 » Bu gün Beynelxalq Qadınlar Günüdür
10:04
Bu gün Beynelxalq Qadınlar Günüdür
Azerbaycanda bu bayram 4 milyon 592 min neferi ehate edir
Bu gün Beynelxalq Qadınlar Günüdür. 8 mart postsovet respublikalarında, habele Anqola, Burkina-Faso, Qvineya-Bisau, Kamboca, Çin, Konqo, Laos, Makedoniya, Monqolustan, Nepal, Şimali Koreya ve Uqandada qeyri-iş günü sayılır. BMT de 8 martı Beynelxalq Qadınlar Günü kimi tanıyıb.
Bezi tarixçilerin fikrince, martın 8-nin teqvime qırmızı reqemlerle düşmesinin sebeblerini bilmek üçün 1910-cu ilde hemin günün bayram kimi qeyd olunması teşebbüsünü ireli sürmüş Klara Setkinin şexsiyyetine, xüsusen onun milli mensubiyyetine nezer salmaq lazımdır. Yehudi Klara Setkinin teklif etdiyi 8 Mart günü 1910-cu ilde yehudilerin Purim bayramı ile üst-üste düşürdü (yehudi teqviminde Purim bayramının yeri deyişir). Purim bayramı ise yehudilerde qadın ağlı, eyni zamanda bu milletin özünümüdafie haqlarını simvolize edir.

Bibliya revayetlerine göre, miladdan evvel 480-ci ilde yehudilerin Babil esaretinden qurtulmasından sonra arzu edenlerin Qüdse qayıtmasına icaze verilib. Amma "özünü tutmuş" yehudiler bunun üçün telesmirdiler. Bu veziyyet iranlıları getdikce daha çox narahat etmeye başlayırdı. İran ordusunun baş komandanı Aman İran şahı Kserksin yanına gederek veziyyeti ona danışır. Kserks ise bütün yehudileri qırmağı qerara alır. Kserksin arvadı, özünün yehudi olduğunu hamıdan gizli saxlayan Esfir erinin qebul etdiyi qerarı deyişdirmeye nail olur. Neticede İran şahının çıxardığı qerarda yehudilerin deyil, onların düşmenlerinin öldürülmesi nezerde tutulur. Tezlikle yehudiler antisemit iranlıları darmadağın ederek Amanın qulağını kesirler. Yeri gelmişken, indiyedek yehudiler Purim bayramında Amanın qulağını remzleşdiren üçbucaq şirniyyat növü bişirirler. Çox güman ki, Klara Setkinin teklifinin esasında şexsi maraqlar durub. İnqilabi herekatın da öz bayramlarının olması isteyi aydındır. Meslekdaşlarını heveslendirmek, fehle kişilerle yanaşı, qadınları da mübarizeye qatmaq ağıllı ve effektli ideya idi. Bütün bunları nezere alaraq, demek olar ki, 8 Mart, sadece, qadınlar günü yox, qadın-inqilabçılar günüdür.
8 Mart Sovet İttifaqından qalma bayram olsa da, Azerbaycanda indiyedek qeyd edilir. Edalet namine demek lazımdır ki, qadınların kütlevi şekilde savadlanması, müeyyen hüquqlara malik olması hemin dövre tesadüf edir. Belke de buna göredir ki, 8 Mart diger sosializm menşeli bayramlardan ferqli olaraq, artıq müsteqillik qazanmış keçmiş SSRİ respublikalarının teqviminden bu güne qeder silinmeyib. Müasir dövrde Azerbaycan qadını inkişaf etmiş sivil ölkelerin qadınlarından heç ne ile geride qalmır, hetta elmin bir sıra sahelerinde önde gedir. 1998-ci ilde Azerbaycanda Qadın Problemleri üzre Dövlet Komitesi yaradılıb. Azerbaycan hem de Avropa Şurasının qadınlarla bağlı bürosunda temsil olunur, BMT-nin qadın meseleleri üzre komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ilde ise ölkemiz qadınlara qarşı münasibetde ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynelxalq konvensiyaya qoşulub.

Dövlet Statistika Komitesinin melumatına göre, ölke ehalisinin ümumi sayının 50,9 faizini ve ya 4 milyon 592 min neferini qadınlar teşkil edir. Qadınların 59,4 faizi nesilverme qabiliyyetine malikdir ve onların her biri orta hesabla dünyaya 2 uşaq getirib. Öten il doğulmuş 152,1 min körpenin 46 faizini qızlar teşkil edib. Bu gün qadınlar arasında gözlenilen ömür uzunluğu kişiler arasında gözlenilen ömür uzunluğundan 5,2 yaş yüksekdir ve 76,1 yaş teşkil edir.

Ölkemizin ictimai-siyasi, iqtisadi, medeni heyatında feal iştirak eden Azerbaycan qadınlarının meşğul ehalinin ümumi sayındakı xüsusi çekisi 48,7 faiz teşkil edir. Ümumi tehsil müessiselerinde müellimlerin 74 faizi, orta ixtisas tehsil müessiselerinde 73 faizi, ali tehsil müessiselerinde 47 faizi, hekimlerin 62 faizi qadınlardır. Ümumi tehsil müessiseleri şagirdlerinin 47 faizi, orta ixtisas tehsil müessiselerinde oxuyanların 67 faizi, ali tehsil müessiselerinin telebelerinin 46 faizi qızlardır.

Son belediyye seçkisinde belediyye üzvü seçilmiş qadınların sayı evvelki seçkilere nisbeten 4,9 defe artaraq 4081 nefere çatıb ve belediyye üzvleri arasında onların xüsusi çekisi 26,2 faiz olub.
Bütün xanımları bu gün münasibetile semimi qelbden tebrik edirik !

Baxışlar: 663 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Mart 2010  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Yazıların arxivi
Design by UsiGroup  © 2019