Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2011 » Fevral » 7 » Bu gün Azerbaycan Respublikasının Milli Qehremanı Mübariz İbrahimovun doğum günüdür
11:49
Bu gün Azerbaycan Respublikasının Milli Qehremanı Mübariz İbrahimovun doğum günüdür
Yaşasaydı 23 yaşı tamam olacaqdı.

Mübariz İbrahimov 1988-ci il fevralın 7-de Bilesuvar rayonunun Eliabad kendinde anadan olub. 1994-cü il şehid M.Piriyev adına Eliabad kend orta mektebinin 1-ci sinfine daxil olaraq 2005-ci ilde orada orta tehsilini başa vurub.Hemin il heqiqi herbi xidmete çağrılıb. Eskeri xidmetini Daxili Qoşunların "N" saylı herbi hissesinin Xüsusi Teyinatlı Bölüyünde keçirib. Heqiqi herbi xidmetini 2007-ci ilde çavuş rütbesinde başa vurub.Bir müddet mülki işlerde işledikden sonra 2009-cu ilin avqust ayında yeniden gizir rütbesinde herbi xidmetde çalışmağa başlayıb. Bir müddet sonra öz arzusu ile cebhe bölgesindeki herbi hisselerden birinde xidmet etmeye başlayıb.
Qehramanlığı
19 iyun 2010-cu il tarixinde gece saat 23:30 radelerinde gizir Mübariz İbrahimov tekbaşına iki ordu arasındakı 1 kilometrlik minalanmış saheni keçir. Ermenistan Silahlı Qüvvelerinin çox sayda esger ve zabitini gözlenilmez birinci hemlede mehv edir. Sonra ise düşmenin öz silahlarını özüne qarşı istifade ederek 5 saat onlarla tekbetek döyüşur. Düşmeni ağır itkilere meruz qoyur, onların zeif cinahlarını üze çıxarır. Azerbaycan döyüşçüsü seher saatlarında qeyri-beraber döyüşde qehremancasına helak olur.
Atası Ağakerim İbrahimovun dediklerinden: "Hadisenin seheri günü tezden saat 5-6 arasında mene zeng geldi. Soruşdular ki, oğlunuz eve gelmeyib ki. Hetta bildirdiler ki, çoxlu silah götürüb ve eraziden uzaqlaşıb. Dedim, men oğlumu tanıyıram, serhedde teref gedin. Sonra da mektubunu tapmışdılar...”
Dövlet terefinden aldığı yüksek qiymet

Azerbaycan Prezidenti İlham Eliyev Azerbaycan Milli Ordusunun giziri Mübariz Ağakerim oğlu İbrahimova "Azerbaycanın Milli Qehremanı" adının (ölümünden sonra) verilmesi barede serencam imzalayıb. Şehid gizire bu ad Azerbaycan Respublikasının müsteqilliyinin ve erazi bütövlüyünün qorunub saxlanılmasında müstesna xidmetine ve gösterdiyi reşadete göre verilib. Prezidentin başqa bir serencamı ile Milli Qehreman Mübariz Ağakerim oğlu İbrahimovun xatiresini ebedileşdirmek meqsedile aşağıdakılar qerara alınır:
1. Azerbaycan Respublikasının Nazirler Kabineti Bilesuvar rayonunun orta mekteblerinden birine Mübariz İbrahimovun adının verilmesini temin etsin.
2. Bilesuvar Rayon İcra Hakimiyyeti Bilesuvar rayonunda küçelerden birine Mübariz İbrahimovun adının verilmesini temin etsin.

Qeyd edek ki, düşmenin çox sayda canlı qüvvesini mehv ederek helak olmuş Azerbaycan Respublikası Silahlı Qüvvelerinin giziri, Azerbaycanın Milli Qehremanı Mübariz Ağakerim oğlu İbrahimovun neşi Azerbaycan Respublikasının, Rusiya Federasiyasının ve Ermenistan Respublikasının prezidentlerinin Dağlıq Qarabağ münaqişesinin tenzimlenmesine dair 2010-cu il 27 oktyabr tarixli Birge Beyanatına esasen, 2010-cu il noyabrın 6-da doğma Vetene getirilib.

Baxışlar: 662 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Fevral 2011  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728
Yazıların arxivi
Design by UsiGroup  © 2019