| Bu gün Azərbaycan gəncliyi özünün ən xoşbəxt çağlarını yaşayır.
Vətənpərvərlik anlayışının mahiyyəti haqqında Ulu öndər Heydər Əliyev demişdir:
“Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”. Konseptual səciyyə daşıyan bu müdrik fikir biz müəllim və təlimatçı məşqçilər üçün pedaqoji prosesdə vətənpərvərlik tərbiyəsinin aşılanması metodologiyasıdır. Demək vətənpərvərlik tərbiyəsinin formalaşmasında hamının birgə fəaliyyəti olmalıdır. Məktəbdə, ailədə, ictimaiyyətdə cəmiyyətin hər bir üzvü bu nəcib işdə əməli ilə şəxsi nümunə göstərməlidir.
Bu gün Azərbaycan gəncliyi özünün ən xoşbəxt çağlarını yaşayır.
Gənclər dövlət tərəfindən layiqincə qiymətləndirilir,qayğı və əhatə olunur.
Azərbaycan gənclərinin səsi dünyanın ən mötəbər tribunalardan ,konfranslarından və elmi simpozumlarından gəlir.Gənclərin dövlət quruculuğu prosesində yaxından iştirakı onlara göstərilən diqqət qayğının ən yaxşı nümunəsidir. Son illər ölkəmizdə aparılan iqdisadi quruculuq işləri ,idmanın inkişafı məhz Azərbaycan gəncliyinin ölkəmizin ictimai-siyasi həyatındakı özünəməxsus yeri ilə bağlıdır.
Gənclərin mütəşəkil şəkildə elmə və təhsilə cəlb edilməsi ölkəmizin gələcəyinin etibarlı əllərdə olduğunu deməyə əsas verir.
Bu gün Azərbaycan gəncliyinə ən layiqli olması.bu müstəqiliyin sarsılmaz və dönməz olmasıdır.
Çünki müstəqiliyin əldə olmasına qədər çətin olsa da onun sadalanması,möhkəmlənmləndirilməsi bundan qat-qat çətindir.
Bundan bağqa iqtisadi inkişafla yanaşı ,əhalinin sosial vəziyyətinə birbaşa təsir edən ciddi məqamlar da diqqət mərkəzində saxlanılır.Əsas istiqamət kimi pensiya və təqaütlərin ,əmək haqların artırılması.ölkənin demək olar ki, bütün rayonlarında yeni məktəblərin inşa olunması və məktəblərin texniki və kadr təminatının yaxşılaşdırılması ,dövlətin maliyyə imkanları çərçivəsində tibbi sığorta sistemiminin paytaxtda ,eləcə də rayonlarda yeni xəstəxanalarının inşası və qeyri-neft sektorunun inkişafı vürsət alıb. Görülən bu işlərin aparılan uğurlu islahatların işhaldan azad olan torpaqlarımızında yaxın dövrdə müstəqil ölkəmizin daha da inkişafına ,Azərbaycan gəncliynin cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi formalaşmasına təkan verəcəyi şübhəsisdir.
Vətəndaş cəmiyyətinin təşəkkül tapması,islahatlar proqramının gercəkləşməsi dövründə gəclik enerjisi ,gənclik coşğusuna çox böyük ehtiyac duyduğundan ümummilli lider Heydər Əliyev 1993-cü ildən başlayaraq gənclər siyasətinin ayrı-ayrı istiqmətlərində bir sıra fərman və sərəncamlar imzalayıb,qərarlar qəbul edib,eləcə də dövlət proqramları təsdiqləyib. Dövlət gənclər siyasətinin əsas məqsədi ,prinsipi və istiqamətləri prezident və Milli Məclis tərəfindən müəyyən edilir.
Bu siyasət gənclərin təhsilli, vətənpərvərlik tərbiyəsi,sağlamlığı,intektual və mənəvi inkişafı .asudə vaxtının təşkili ,problemlərinin həlli,hüquqlarının müdafiəsi respublikanın ictimai-siyasi və mədəni hətatında iştirakı ilə bağlı məsələləri əhatə edir.
Milli Məclisdə qəbul olunan “Gənclər siyasəti haqqında “qanun layihəsinə əsasən “gənclər “anlayışı yaşı 16-dan 35 dək olan şəxslərə şamil edilir.Dövlət gənclər siysəti dövlətin daxili siyasətinin mühüm bir tərkib hissəsini təşkil edir. Bu siyasətin əsas istiqamətlərindən biri də gənclərin istər prezident.istər parlament,istərsə də bələdiyyə ceçkilərində iştirakını təmim etməkdir.
Bununla əlaqədar olaraq Gənc Vətənpərvərlər İctimai Birliyi layihə çərçivəsində həmdə könüllü QHT Təşkilatlarına Dövlət Dəstəyi Agetliyin,Gənclər Fondun və Gənclər və İdman Nazirliyin təşkilatcılığı və maliyyə dəstəyi ilə vaxtdaşırı olaraq müxtəlif görüşlər ,yürüşlər , maarifləndirici tədbirlər həyata keçirilir. Bütün bu tədbirlərdə də gənclər fəal iştirak edir.
Gənclərimizi vətənpərvərlik ,hərbi vətənpərvərlik ruhunda tərbiyələndirmək lazımdır. Gələcəyimiz olan gənclər ölkəmizə ,millətimizə .dövlətimizə sədaqətlə xidmət etməlidir.
Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi hərbi vətənpərvərlik işinin və bütün idioloji işimizin ayrıaz hissəsidir və bu işin səmərəliliyi xeyli dərəcədə hər bir gəncin milli ordu sıralarında xidmət etməyə hazır olması ilə müəyyən edilir” deyən ümummilli lider Heydər Əliyev hələ o vaxt Gənclər İdman və Turizm Nazirliyinin (Gənclər və İdman Nazirliyinin -red) yeniyetmə və gənclərlə vətənpərvərlik tərbiyəsi işinin aparılmasıı istiqamətində bir sıra mühüm işlər həyata keçirilməsinə konkret göstərişlər verib.
Ümummilli liderin yürütdüyü və bu gün ölkə başçısı İlham Əliyevin qətiyyətlə davam etdirdiyi məqsədyönlü və yüksək səviyəli gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri böyüməkdə olan nəslin Vətənə sədaqət ,xalqımızın tarixinə,dilinə.mədəniyyətinə ,dövlət rəmzlərinə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsidir.
Bu gün ölkə əhalisinin 66 faizi gənclərdir. Hazırda çox saylı qeyri-hökumət gənclər təşkilatı fəaliyyət göstərir ki, onların çox hissəsi gənclərin problemi ilə məşhul olur. Qeyd etmək lazımdır ki,gənclərin sosial -iqtisadi problemlərinin həlli istiqamətində Azərbaycan hökuməti tərəfindən zəriri adımlar atılır.
Hər il 2 fevralın 2-si “Gənclər günü “ kimi qeyd olunur. Ölkənin ictimai-siyasi fəaliyyətini gənclərsiz təsəvvür etmək çox çətindir. Çünki ölkənin taleyi əhalinin gənc təbəqəsindən asılıdır.
Ümummilli lider Heydər Əliyev gənclərə müraciyət edərək deyib: “Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik,sizə tapşıracağıq. Ona görə də Azərbaycan dövlətini yaşatmaq ,inkişaf etdirmək üçün hazır olun”
Ölkəmizin hüdudlarından kənarda təhsil alan gənclərimizin fəaliyyəti də öz müssbət töhvəsini verir.
Xarici ölkələrdə azərbaycanlı gənclərlə bağlı tez-tez keçirilən forumlar,görüşlər bunu deməyə əsas verir.
Bu tədbirlərdə xaricdə təhsil alan GVİB-n üzvləri fəal iştirak edirlər.
Gənc Vətənpərvərlər İctimai Birliyin sədri,Kömrük Komitəsinin yanında İctimai Şuranın üzvü,Şərq əlbəyaxa döyüş növləri üzrə Azərbaycan fəxri bədən tərbiyəsi və İdman işcisi Müqamət Süleyman oğlu Əliyev ( Muğan ) hesab edir ki, ölkəmizdən kənarda keçirilən forumlardda ,görüşlərdə xaricdə təhsil alan vətənpərvər azərbaycan gənclərlə bağlı dövlətin yürütdüyü siyasətin tərkib hissəsidir.
Muğan Əliyev onu da qeyd edir ki, Avropada təhsil alan gənclərimizin əsas fikiri ondan ibarətdir ki, onlar orada təhsil ,savad alıb Azərbaycana qayıtsınlar və ölkəmizdə müəyyən dövlət qurumları və ictimai təşkilatlarda fəaliyyət göstərsinlər.Təsüvlə deyə bilərəm ki,bir çox gənclər xaricdə qalmağa üstünlük verirlər.
Muğan Əliyev onu da qeyd edir ki, Avropada gənclər arasında Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan və Ermənistan arasında 44 günlük Vətən müharibəsində iştirak etmiş qazilər və şəhidlər haqqında məlumatları xaricdə təhsil alan gənclərə çatdırmalı, qəhrəmanların igidlik hekayələrinin təbliğ edilməlidir. Xaricdə keçirilən forum və görüşlərdə Azərbaycanın Suverenliyi və ərazi bütövlüyümüzü qalib ölkə olaraq aşılanması istiqmətində fəaliyyət göstərməlidirlər.
Bu gün hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq.
Sözüz ki, Vətən müharibəsində qazandığımız qələbə Gənc Vətənpərvərlər İctimai Birliyin çox saylı üzvlər üçün də böyük qürurdur, fəxrdir. 30 ildir ki, xalqımızın torpaq həsrətinə son qoyuldu, düşmən üzərində böyük qələbə əldə edildi. Məhz cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin həm siyasi arenada, həm də döyüş meydanındakı gücü, qüdrəti sayəsində Azərbaycan tarixi ədaləti bərpa etdi. Ölkəmiz bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi. Bu müharibədə ən əsas məqamlardan biri Xalq-Ali Baş Komandan birliyi oldu. Xalqımız cənab Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək Ona və ordumuza böyük dəstək verdi. Qəhrəman, yenilməz Ordumuz isə döyüş meydanında cənab Ali Baş Komandanın əmrlərini şərəflə icra edərək düşmənə ağır zərbələr endirdi və işğal altındakı torpaqlarımızı azad etdi. Xalqımızın ordumuzu güvənc yeri bilməsi qəlbi Vətən eşqi ilə döyünən vətəndaşlarımızın əsgərlərimizə sevgi və ehtiramının göstəricisidir. Göründüyü kimi, əldə olunan uğurların, qazanılan zəfərlərin arxasında xalq-ordu birliyi dayanır.
Deməli, nə bu gün, nə də gələcəkdə heç bir düşmən əli bu torpaqlara uzana bilməz.
Yaşasın Ali Baş Komandan,
Yaşasın Azərbaycan Ordusu
Müqamət Süleyman oğlu Əliyev (Muğan)Əliyev
Gənc Vətənpərvərlər Birliyinin sədri, Kömrük Komitəsinin yanında İctimai Şuranın üzü.
Şərq Əlbəyaxa döyüş növləri üzrə Azərbaycan Fəxri Bədən Tərbiyəsi və İdman işçisi
|