Gənc Vətənpərvərlər Birliyi 9 oktyabr 2013-cü il prezident seçkilərində müşahidə missiyasını həyata keçirməklə bağlı tədbir keçirib. Tədbirdə GVB İdarə Heyəti, üzvləri, Birliyin yerli şöbələri, bir çox QHT nümayəndələri və digər vəzifəli şəxslər iştirak ediblər. Tədbirdə çıxış edən sədr Müqamət Əliyev bildirib ki, Birlik 2013-cü il prezident seçkilərinə yüksək səviyyədə hazırlaşıb. Qeyd olunub ki, MSK tərəfindən qəbul edilmiş normativ hüquqi sənədlərə və qanunvericilkdə olan digər qaydalara uyğun olaraq GVB nümayəndələri də seşkilərdə müşahidəçi kimi istirak edəcək. Tədbirdə həmin müşahidəçilər bir daha təlimatlandırılıb və onlara məlumat kitabçaları paylanılıb.
|