Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2010 » İyul » 2 » Azerbaycan Polisinin 92 yaşı oldu
21:42
Azerbaycan Polisinin 92 yaşı oldu
Qarabağ müharibesinde 932 şehid veren daxili işler orqanları emekdaşları bu gün peşe bayramlarını qeyd edirler
Azerbaycan Daxili İşler Nazirliyinin yaradılmasından 92 il ötür. 1918-ci il may ayının 28-de öz müsteqilliyini beyan etmiş Azerbaycan Xalq Cümhuriyyetinin milli hökumetinin terkibinde Daxili İşler Nazirliyi yaradılıb. 1918-1920-ci illeri ehate eden fealiyyeti dövründe, nazirlik ve onun terkib hissesi olan polis Azerbaycan dövletinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynayıb, müsteqilliyin müdafiesinin ön sıralarında olub.1920-ci il aprelin 27-de Azerbaycan Xalq Cümhuriyyetinin süqutundan sonra SSRİ dövründe İttifaq Daxili İşler Nazirliyinin tabeliyinde fealiyyet gösteren Azerbaycan SSR Daxili İşler Nazirliyi sosialist quruluşuna uyğun, mahiyyetce sinfi xarakter daşıyan orqan idi. Lakin buna baxmayaraq, hemin dövrde Azerbaycanın daxili işler orqanları cinayetkarlığa qarşı mübarize, ictimai qaydanın ve ictimai tehlükesizliyin qorunması sahesinde böyük tecrübe qazanmış, yüksek bilik ve peşe hazırlığı elde edib, respublikada asayişin, emin-amanlığın keşiyinde metanetle dayanmış, teşkilati cehetden möhkemlenib.
1941-45-ci illerde faşizm ile mübarizede Azerbaycan polisinin 800 nefere yaxın emekdaşı reşadetle vuruşmuş, qehremanlıq, igidlik nümuneleri göstererek yüksek orden ve medallara layiq görülübler.
Dağlıq Qarabağ münaqişesi başlandıqdan sonra Azerbaycanın müsteqilliyi ve erazi bütövlüyü uğrunda döyüşlerde daxili işler orqanlarının ve Daxili Qoşunların şexsi heyeti 932 şehid verib, 681 emekdaş ise elil olub.
Azerbaycan Respublikasının suverenliyi ve erazi bütövlüyü uğrunda geden döyüşlerde gösterdikleri fedakarlıqlara, dinc ehalinin tehlükesizliyinin temin edilmesinde, cinayetkarlıqla mübarizede, ictimai qaydanın ve ictimai tehlükesizliyin qorunmasında xüsusile ferqlendiklerine, xidmeti vezifelerini yerine yetirerken cesaret gösterdiklerine göre Azerbaycan Respublikası Prezidentinin ferman ve serencamları ile daxili işler orqanlarının 66 emekdaşına “Azerbaycan Respublikasının Milli Qehremanı” fexri adı verilib, 86 emekdaş “Azerbaycan Bayrağı” ordeni, 247 emekdaş ise müxtelif orden ve medallarla teltif edilib.
18 oktyabr 1991-ci ilde “Azerbaycan Respublikasının Dövlet müsteqilliyi haqqında” Konstitusiya Aktı qebul edildikden sonra Azerbaycanın Daxili İşler Nazirliyi keçmiş SSRİ Daxili İşler Nazirliyinin tabeliyinden çıxmış ve hemin dövrden suveren Azerbaycan Respublikasının Daxili İşler Nazirliyi kimi fealiyyet gösterir.
Azerbaycan Respublikası 1992-ci ilde Beynelxalq Cinayet Polisi Teşkilatının - İnterpolun üzvlüyüne qebul olunmuş ve hemin il noyabr ayının 24-de Daxili İşler Nazirliyinin strukturunda Azerbaycan Respublikasında İnterpolun Milli Merkezi Bürosu tesis edilib.
Daxili işler orqanlarının ali tehsilli mütexessislere olan ehtiyacını temin etmek meqsedile, Azerbaycan Respublikası Prezidentinin 23 may 1992-ci il tarixli Fermanına ve Nazirler Kabinetinin 9 iyun 1992-ci il tarixli Qerarına esasen N. Rizayev adına Bakı Xüsusi Orta Milis Mektebinin bazasında Azerbaycan Respublikasının Daxili İşler Nazirliyinin Polis Akademiyası yaradılıb.
Azerbaycan Respublikası Prezidentinin 30 iyun 2004-cü il tarixli Fermanı ile daxili işler orqanlarının fealiyyetine idaredaxili nezaretin heyata keçirilmesi, o cümleden orqan ve hisselerde daxili tehlükesizlik veziyyetinin öyrenilmesi ve nezaretde saxlanılması, xidmetle bir araya sığmayan fealiyyetle meşğul olma ve diger neqativ halların qarşısının alınması, korrupsiyaya şerait yaradan ve korrupsiya hüquqpozmalarına yol veren emekdaşların müeyyen edilib barelerinde müvafiq tedbirlerin görülmesinin temin olunması meqsedile, Nazirliyin strukturunda Daxili Tehlükesizlik İdaresi tesis edilib.
Azerbaycan Respublikası Prezidentinin 6 may 2004-cü il tarixli Serencamı ile tesdiq edilmiş “Azerbaycan Respublikasında İnsan Alverine Qarşı Mübarize üzre Milli Fealiyyet Planı”na uyğun olaraq, 2004-cü ilde Nazirliyin Baş Müteşekkil Cinayetkarlıqla Mübarize İdaresinin strukturunda İnsan Alverine qarşı Mübarize İdaresi yaradılıb.
İyulun 2-si daxili işler orqanları emekdaşlarının peşe bayramı kimi Prezident Heyder Eliyevin 1998-ci ilin martında imzaladığı Fermanla qeyd olunur.
Öten 92 il erzinde daxili işler naziri vezifesini tutanlar:

- Xoyski Feteli Xan İsgenderxan oğlu (28.05.1918 - 17.06.1918)
- Behbudxan Cavanşir (17.06.1918 - 26.12.1918)
- Xasmemmedov Xelil bey (26.12.1918 - 16.06.1919)
- Usubbeyov Nesib bey Yusif oğlu (16.06.1919 - 22.12.1919)
- Hacınski Memmedhesen (22.12.1919 - 15.02.1920)
- Vekilov Mustafa bey (15.02.1920 - 28.04.1920)
- Sultanov Hemid Hesen oğlu (28.04.1920 - 01.06.1921)
- Bağırov Mircefer Abbas oğlu (05.10.1921 - 22.05.1927)
- Rizayev Novruz Kerim oğlu (22.05.1927 - 10.07.1929)
- Yemelyanov Stepan Fyodoroviç (01.08.1929 - 05.02.1941)
- Yaqubov Mirteymur Elekber oğlu (06.03.1941 - 01.06.1943)
- Atakişiyev Ağaselim İbrahim oğlu (10.07.1943 - 06.06.1953)
- Quskov Anatoliy Mixayloviç (08.08.1953 - 25.03.1954)
- Buliqa İvan Yefistovyeviç (30.04.1954 - 10.07.1956)
- Kerimov Eli Hebib oğlu (11.08.1956 - 05.02.1960)
- Memmedov Xelil Memmed oğlu (03.11.1960 - 05.01.1965)
- Elizade Memmed Eli oğlu (05.01.1965 - 19.03.1970)
- Heyderov Arif Nezer oğlu (19.03.1970 - 20.07.1978)
- Veliyev Cefer Cebrayıl oğlu (04.11.1978 - 06.04.1987)
- Memmedov Aydın İsrafil oğlu (07.04.1987 - 09.05.1990)
- Esedov Mehemmed Nebi oğlu (23.05.1990 - 18.11.1991)
- Kerimov Tofiq Mirze oğlu (18.11.1991 - 20.02.1992)
- Eliyev Tahir Yunus oğlu (24.02.1992 - 25.05.1992)
- Hemidov İsgender Mecid oğlu (26.05.1992 - 16.04.1993)
- Allahverdiyev Abdulla Museyib oğlu (21.04.1993 - 25.06.1993)
- Novruzov Vaqif Yusif oğlu (07.07.1993 - 29.04.1994)
- Usubov Ramil İdris oğlu (29.04.1994).

Baxışlar: 3003 | Əlavə etdi: GVB | Reytinq: 2.0/1
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyul 2010  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2019