Saytın menyusu
Statistika

Onlaynda cəmi: 7
Qonaqlar: 7
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2010 » Dekabr » 24 » Azerbaycan öz liderini tebrik edir
14:47
Azerbaycan öz liderini tebrik edir
Bu gün Azerbaycan prezidenti İlham Eliyevin doğum günüdür

İlham Eliyev 1961-ci il dekabrın 24-de Bakı şeherinde anadan olmuşdur. 1967-1977-ci illerde Bakıda orta mektebde oxumuşdur. 1977-ci ilde Moskva Dövlet Beynelxalq Münasibetler İnstitutuna (MDBMİ) daxil olmuşdur.
MDBEİ-ni bitirdikden sonra institutun aspiranturasına qebul edilmiş, 1985-ci ilde dissertasiya müdafie ederek tarix elmleri namizedi derecesi almışdır.
1985-1990-cı illerde Moskva Dövlet Beynelxalq Münasibetler İnstitutunda müellim işlemişdir.
1991-1994-cü illerde özel biznez sahesinde çalışmışdır. Bir sıra istehsal-kommersiya müessiselerine rehberlik etmişdir.
1994-cü ilden 2003-cü ilin avqust ayınadek Azerbaycan Respublikası Dövlet Neft Şirketinin vitse-prezidenti, sonra ise birinci vitse-prezidenti olmuşdur. Heyder eliyevin neft strategiyasının heyata keçirilmesinde feal iştirak etmişdir.
Suveren Azerbaycanın neft siyasetinin geosiyasi aspektlerine dair bir sıra tedqiqat işlerinin müellifidir. Siyasi elmler doktorudur.
İki defe, 1995-ci ve 2000-ci illerde Azerbaycan Respublikası Milli Meclisine seçilmişdir. 2003-cü ilde Azerbaycan Respublikasının Baş naziri vezifesine teyin edilmesi ile elaqedar olaraq deputat selahiyyetlerine xitam vermişdir.
1997-ci ilden Azerbaycan Milli Olimpiya Komitesinin Prezidentidir. İdmanın ve Olimpiya herekatının inkişafında böyük xidmetlerine göre Beynelxalq Olimpiya Komitesinin ali ordeni ile teltif edilmişdir.
1999-cü ilde Yeni Azerbaycan Partiyası sedrinin müavini, 2001-ci ilde sedrin birinci müavini, 2005-ci ilde ise partiyanın sedri seçilmişdir.
2001-2003-cü illerde Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azerbaycan Respublikası Milli Meclisinin nümayende heyetinin rehberi olmuşdur.
2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sedrinin müavini, AŞPA-nın Büro üzvü seçilmişdir.
2004-cü ilin aprelinde AŞPA-nın fealiyyetinde feal iştirakına ve Avropa ideallarına sedaqetine göre AŞPA-nın fexri üzvü diplomu ve AŞPA medalı ile teltif edilmişdir.
2003-cü il avqustun 4-de Milli Meclis terefinden tesdiq edildikden sonra Azerbaycan Respublikasının Baş naziri teyin edilmişdir.
2003-cü il 15 oktyabrda Azerbaycan Republikasının Prezidenti seçilmişdir. Prezident seçkilerinde seçicilerin 76%-den çoxu İlham eliyevin lehine ses vermişdir. 2003-cü il oktyabrın 31-de vezifesinin icrasına başlamışdır.
Beş il sonra, 2008-ci ilde yeniden prezident seçilmişdir ve hazırda prezident vezifesini icra edir.
Rus, İngilis, Fransız ve Türk dillerini bilir.
Ailelidir. Üç övladı, 2 nevesi var.
Biz de Genv Vetenperverler Birliyi adından prezidenti tebrik edir, ona işlerinde uğurlar arzulayırıq.
Baxışlar: 894 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Dekabr 2010  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024