Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Gənclər arasında insan alveri və narkomaniyanın qarşısını almaq məqsədi ilə preventiv tədbirlərin keçirilməsi və milli-mənəvi dəyərlərin gücləndirilməsi” adlı layihə çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 95- ci ildönümü ilə əlaqədar Gənclər və İdman Nazirliyinin İdman kompleksində "Silahlı Qüvvələrin yaradılması Azərbaycanın Dövlət Müstəqiliyini və Suverenliyini təsdiq edən, onu nümayiş etdirən amillərdən biridir” mövzusunda elmi - nəzəri, praktik konfrans keçirib. Giriş sözü ilə tədbiri açan GVB-nin sədr müavini A.Əsədov tədbir iştirakçılarını Azərbaycan Silahlı Qüvvələrinin 95-ci ildönümü münasibəti ilə təbrik edib. Sonra o, layihənin mahiyyətindən və layihə çərçivəsində keçirilən tədbirlərdən danışıb. Layihə rəhbəri M. Əliyev bildirib ki, əsası Ulu Öndər H. Əliyev tərəfindən qoyulmuş, hal-hazırda Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İhlam Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu prosesi yüksələn xətlə davam edir: "Ordumuz müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıldıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli ordumuz müstəqil dövlətimizin ən böyük dayağıdır, xalqımızın təhlükəsizliyini və ölkəmizin ərazi bütövlüyünü qoruyan böyük qüvvədir . Bu, bizi sevindirir və işlərimizi bir QHT olaraq səmərəli qurmağa sövq edir”. Sonra çıxış edən ictimaiyyət nümayəndələri, ziyalılar və QHT təmsilçiləri belə tədbirlərin keçirilməsini vacib sayıblar. Sonda tədbir iştirakçılarına müxtəlif hədiyyələr təqdim edilib.
qhtxeber.az
|