Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2018 » Aprel » 19 » Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) elmi-praktik konfrans keçirilib
12:53
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) elmi-praktik konfrans keçirilib
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) elmi-praktik konfrans keçirilib

Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB)Azərbaycan Respublikası Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullarla bağlı əhalinin maarifləndirilməsi üçün tədbirlərinin keçirilməsi ” adlı layihə çərçivəsində“Geni Modifikasiya Olunmuş məhsullara qəti olaraq yox deyək “mövzularında dəyirmi masa və təlim keçirilib. Əvvəlcə Ulu öndər, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və aprel döyüşlərində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Layihənin rəhbəri M.Əliyev qeyd etdi ki, Azərbaycanda GMO ilə bağlı maarifləndirmə kampaniyasına ehtiyac var və bu sahədə ölkə televiziyalarında bu mövzu ilə bağlı geniş yer ayrılmalıdır . Azərbaycan Turizm Menecmen Universitetinin dekanı ,biologiya üzrə elmlər namizədi S.Vəzirova qeyd edib ki, Nazirlər Kabinetində GMO ilə bağlı qərar qəbul edilib. Həmin qərara əsasən, Azərbaycana genetik modifikasiya olunmuş məhsulların idxalı tam qadağan edilib. Yeganə qanun "Toxumculuq haqqında" qanundur. Onun 27-ci maddəsinin 2-ci bəndində xüsusi qeyd edilib ki, Azərbaycana GMO mənşəli toxumların gətirilməsi, idxalı qadağandır. Ancaq müstəsna hallarda - sərgilərdə göstərmək, təcrübələr qoymaq məqsədi ilə gətirmək olar. GVİB-n Ali təhsil müəssisələri ilə şöbəsinin müdiri A.Hüseyinova qeyd edərək bildirdi ki, , ABŞ-da istehsal olunan ərzaq məhsullarının 80-85 %-i genetik modifikasiyalı tərkibə malikdir. Əhalisinin qida mənşəli sağlamlıq problemləri ilə ən çox üzləşdiyi ölkənin də məhz ABŞ olması bu iki xüsusiyyət arasında əlaqənin mövcudluğu ilə bağlı ehtimallar yaradır. Bundan əlavə, GMO məhsullarının bəzi hallarda hətta ölümlə nəticələnə bilən kəskin allergik reaksiya yaratdığı güman edilən hallar da qeydə alınıb.
Gəlin GMO məhsullarla birgə mübarizə aparıb, genefondumuzu qoruyaq”
Tədbirdə ,çıxış edənlər Gənclərin Töhfəsi İctimai Birliyinin sədri A.Vəliyev , 19 saylı tam orta məktəbin hərbi müəllimi ,Qarabag qazisi İ.Əzimov , universitetin tələbələri A.Əskərov,K.Həsənova və digərləri bu yönümlü layihələrin vacibliyindən və bu proseslərə vətəndaş cəmiyyətinin daha fəal cəlb olunmasının vacibliyi də diqqətə çatdırılıb. . Tədbirdə mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunmuş suallar cavablandırılmış və Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsulları haqqında ümumi anlayış və terminalogiya mövzularında tələbələrə,qonaqlara maarifləndirici buklek paylanmışdır.
Tədbirdə, Turizm və Menecment Universitetinin xidmət mühəndisliyi fakutəsinin tələbələri ,Azərbaycan Respublikasının Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının katibliyin məsləhətçisi Q.Yaqubov və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
GVB-n mətubat və informasiya şöbəsi
Baxışlar: 324 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Aprel 2018  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
2930
Yazıların arxivi
Design by UsiGroup  © 2024