Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin yardımı ilə növbəti tədbir Gənclər Təşkilatları Milli Şurasının Resurs Mərkəzində keçirilib. Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ,Gənc Vətənpərvərlər “İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin vətənpərvərlik ruhu ” adlı layihə çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Resurs Mərkəzində “Azərbaycanın ərazi bütövlüyü bizim üçün əsas məqsədir ” mövzusunda tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd gənclərdə vətənpərvərlik tərbiyəsini yüksəltmək olub, gənclərin vətənə məhəbbəti, milli-mənəvi dəyərlərə bağlılığı ön plana çəkilib, düşmənlərin Azərbaycana vurduğu zərərlər haqqında geniş məlumat verilib. Tədbir açıq elan edilməsi ilə, Gənclər Təşkilatları Milli Şurasının Üzv təşkilatlarla əlaqələr üzrə katib Elnarə Əliyeva tədbir haqqında ümumi məlumat verməzdən öncə, Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyliyin salamlarını tədbir iştirakşılarına çatdırdı. Tədbirdə “Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Müqamət Əliyev çıxış edərək bildirib ki, vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bərabər, onların fiziki hazırlığına da diqqət artırılmalıdır. Milli mənəvi dəyərlər, tarixi keçmişimiz və bu günümüz gənclərə aşılanmalıdır. Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Nərmin Hüseyinzadə vurğulayıb ki, yaşadığımız dövrdə gənc nəsil kiçik yaşlarından vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır. O, vətənpərvərlik ruhunun, milli mənəvi dəyərlərin aşılanmasında ailənin və cəmiyyətin böyük rolu olduğunu bildirib. Gənc Vətənpərvərlər İctimai Birliyinin hərbi məsələlər üzrə müşaviri qarabağ qazisi Asif Rəsulov, Göyərçin Təhsilin İnkişafına Dəstək “İctimai Birliyin Sədri G.Vəlixanlı,Dünya cempionu Ş.Hüseyinov və digərləri qeyd ediblər ki, bu tədbirin keçirilməsi gənclərin maariflənməsi və vətənpərvərlik ruhunun artmasına kömək olmaqla yanaşı, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verməkdir. Layihə iştirakçıları əsasən gənclərdən ibarət olub. Tədbirin sonunda Azərbaycanın qazi və qəhrəmanların döyüş yolunu əks etdirən videoçarx və fotoslaydar nümayiş olunuş ,suallar cavablandırılmış və iştirakçılara, layihə çərçivəsində üzərində QHT Dövlət Dəstəyi Agentliyin və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş qovluq,blaknot ,qələm və Vətənpərvərlik – Vətənə xidmətin ali zirvəsidir " mövzusunda inşa yazısı müsabiqəsinin 1-ci yerin qalibi Xəzər Universtetinin 4- cü kurs tələbəsi Mələkxanım İskəndərli, ,2-ci yerin qalibi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin 3-cü kurs tələbəsi Sara Əliyeva və 3-cü yerin qalibi Azərbaycan Dövlət İqtisad Universtetin 4-cü kurs tələbəsi Xatirə Talıbzadə Sertifikat və hədiyyələr, digər iştirakçılara isə təşəkkürnamələr təqdim olunmuşdur. Tədbirdə ,Gənc Vətənpərvərlər İctimai Birliyinin İdarə Heyəti,Kempo karate üzrə dünya cempionu Ş.Hüseyinov, Göyərçin Təhsilin İnkişafına Dəstək “İctimai Birliyin sədri G.Vəlixanlı və digər qonaqlar iştirak ediblər Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin dəstəyi ilə həyata keçirilir. GVB-n Mətubat və İnformasiya şöbəsi
|