Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2023 » Fevral » 22 » Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən icra olunan vətənpərvərlik istiqamətində fəaliyyəti” davam edir
14:30
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən icra olunan vətənpərvərlik istiqamətində fəaliyyəti” davam edir
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən icra olunan vətənpərvərlik istiqamətində fəaliyyəti” davam edir
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Təşkilatları Milli Şurasının həyata keçirdiyi “Gənclər Təşkilatlarının Fəaliyyətinin Dəstəklənməsi” Proqramı – 2.0 çərçivəsində “Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB ) tərəfindən 2023-cü il 15 yanvar tarixindən -15 mart 2023-cü il tarixinə kilmi icra olunan “Gənclər vətənpərvərlik ruhunda ” layihəsinə uyğun Milli Şuranın üzvü “Gənc Vətənpərvərlər İctimai Birliyinin könüllü üzvləri və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecin tələbələrin iştirakı ilə “Heydər Əliyev gənc nəslin vətənpərvər ruhda yetişməsində rolu"mövzusunda təlim keçirilib. Əvvəlcə Ulu öndər, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin , 2-ci qarabağ döyüşlərində həlak olanların və Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə acan layihə rəhbəri ,İctimai xadim Müqamət Süleyman oğlu Əliyev tədbir iştirakcılarını salamlayandan sonra Ulu Öndər Heydər Əliyevin kəlamlarını diqqətə çatdıraraq qeyd etdi ki, hər bir xalq özünün xoşbəxt gələcəyi olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvər ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata- babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadırə, Sənaye və Texnologiya Kollecin müəlliməsi Aygün Rzaquliyeva çıxış edərək bildirib ki, vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bərabər, onların fiziki hazırlığına da diqqət artırılmalıdır. Milli mənəvi dəyərlər, tarixi keçmişimiz və bu günümüz gənclərə aşılanmalıdır. Cıxış edənlər, qeyd ediblər ki, bu tədbirin keçirilməsi gənclərin maariflənməsi və vətənpərvərlik ruhunun artmasına kömək olmaqla yanaşı, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verməkdir. Sonda mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunmuş suallar cavablandırılmışdr. Layihə iştirakçıları əsasən gənclərdən ibarət olub. Tədbirin sonunda iştirakçılara, layihə çərçivəsində nəşr edilmiş, üzərində Gənclər Fondunun,Gənclər Təşkilatları Milli Şurası və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş Sertifikat paylanılıb.
GVIB –n KIV .şöbəsi
Baxışlar: 63 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Fevral 2023  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728
Yazıların arxivi
Design by UsiGroup  © 2024