Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2019 » May » 17 » Azərbaycan gəncliyi: Fitnəkarların xəbis niyyəti yenə də ürəklərində qalacaq
15:09
Azərbaycan gəncliyi: Fitnəkarların xəbis niyyəti yenə də ürəklərində qalacaq
http://xalqqazeti.com/az/news/22950?
Qərbdəki ənənəvi antiazərbaycan dairələrin respublikamıza qarşı növbəti çirkin kampaniyasının mövzusu təkcə qəribə deyil, həm də o boyda ölkələrin adına yaraşmır. Söhbət ondan gedir ki, bir sıra instansiyalar idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürür və beynəlxalq ictimaiyyətdə mühüm futbol yarışlarının Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmağa çalışırlar.

Həmin dairələr unudurlar ki, mühüm enerji və nəqliyyat layihələrinin reallaşdırılması, qlobal xarakterli tədbirlərin keçirilməsi, 2012-ci ildə “Eurovision”, 2015-ci ildə Avropa Oyunları, 2016-cı ildə İslam Həmrəyliyi Oyunları və digər tədbirlər ərəfəsində Azərbaycan süni şəkildə təşkil olunmuş qarayaxma kampaniyasının hədəfi olub. Yəni əvvəllər heç nəyə nail ola bilmədiklərini bilə-bilə, indi “xoda düşmələri” yenidən “fiasko” ilə nəticələnəcək.
Bədxahlarımız iddia edirlər ki, guya Azərbaycanda insan hüquqları qorunmur və ya viza rejimi problem yaradır. Ağ yalandır! Əgər elə olsaydı, Azərbaycan paytaxtının küçələrində bu qədər avropalı turistlə salamlaşmazdıq. Heç olmazsa, bu iddiaları səsləndirərkən, ölkəmizə gəlib qayıtmış ingilis turistlərin mətbuatda verilmiş təəssüratları ilə maraqlanaydılar.
O ki qaldı, “Arsenal” futbol klubunun oyunçusu – erməni əsilli Henrix Mxitaryanın Azərbaycana gəlməsinə, rəsmi dairələrimiz çoxdan deyiblər ki, o barədə heç bir problem yoxdur və ən yüksək təhlükəsizlik zəmanəti verilib. Məgər əvvəllər erməni idmançılar Azərbaycana az gəliblər? Üstəlik, Mxitaryan Azərbaycanda Ermənistanın deyil, başqa ölkənin idman şərəfini qoruyacaq. Bakıya əvvəllər gəlmiş erməni idmançılar isə bilavasitə Ermənistan komandasının təmsilçisi kimi gəlmişdilər. Yəni irəli sürülən bu iddiaların nəinki heç bir əsası yoxdur, hətta gülünc və ikrahyaradandır.
Azərbaycan belə məkrli kampaniyaları çox görüb və hamısını da dəf edib. İndi də elə olacaq. Ölkənin çoxminli gəncliyinin fikri belədir ki, fitnəkarların xəbis niyyəti yenə də ürəklərində qalacaq.



Müqamət ƏLİYEV,
Azərbaycan Gənc Vətənpərvərlər Birliyinin sədri



17 2019 00:33 - XƏBƏRLƏR
Baxışlar: 21 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  May 2019  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2019