Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2017 » Dekabr » 22 » Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi vətəni, doğma ata - baba ocağıdır”
11:01
Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi vətəni, doğma ata - baba ocağıdır”
Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi vətəni, doğma ata - baba ocağıdır”

Gənc Vətənpərvərlər Birliyi (GVİB)Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə "Gənclər arasında vətənpərvərlik tərbiyəsinin təşviqi” adlı layihə çərçivəsində DIN-n İdman Cəmiyyətində Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə "Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi vətəni, doğma ata - baba ocağıdır” mövzusunda elmi praktik konfrans keçirib.
Tədbiri giriş sözü ilə açan DİN –n İdman Cəmiyyətinin sədri polkovnik birliyin sədri Zemfira Meftaxetdinova Ulu öndərin , və şəhidlərimizin ruhunu bir dəqiqə sükutla yad etdikdən sonra, tədbir iştirakçılarını yeni il münasibəti ilə təbrik etdi, onların işlərində yeni-yeni uğurlar arzuladı və qeyd etdi ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün ümumxalq bayramı kimi qeyd olunmasında ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərinin olduğunu vurğulayıb.
Layihə rəhbəri Müqamət Əliyev tədbir iştirakçılarını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edib və Dünya azərbaycanlılarının ilk qurultayının 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirildiyini xatırladıb. Əlavə edib ki, artıq dünyanın bir çox dövlətlərində formalaşan diasporlarımız hansı ölkədə yaşamasından asılı olmayaraq tariximizi, mədəniyyətimizi, mədəni irsimizi layiqincə təbliğ etməlidirlər. M. Əliyev Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya-Azərbaycan Gənclər Təşkilatının sədri Leyla Əliyevanın bir gənc olaraq Azərbaycan üçün imza atdığı layihələrdən danışıb.
Layihə üzrə təşkilat komitəsini üzvü, təqaütdə olan hərbi p-l İ. Əzimov çıxış edərək bildirib ki, vətənimiz hər birimizin qeyrətinə söykənməlidir: "Əks təqdirdə o qüdrətli və əzəmətli ola bilməz. Ona görə hamılıqla bu sahədə maarifləndirmə işlərimizi gücləndirməliyik”.
DİN-n İdman Cəmiyyətinin kadrlar qrupunun baş inispektoru p-l Ş.Eyipov bildirib ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük ehtiyac var.
Tədbirdə digər çıxış edənlər də mövzu ilə bağlı öz fikirlərini söyləyib və bu layihənin davamlı olmasının əhəmiyyətindən danışıblar.
Tədbir Idman bölmələrində davam etdirilib..
Qeyd edək ki, təşkilatın bu mövzuda digər tədbirləri dekabrın 28-31-də Bakı Gəncə və Şəmkir şəhərlərində keçiriləcək.

GVB-n Mətubat və İnformasiya şöbəsi
Baxışlar: 346 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Dekabr 2017  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Yazıların arxivi
Design by UsiGroup  © 2024